Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Türkiyəyə qaz ixracını 35%-dən çox artırıb

Bu ilin avqust ayında Azərbaycan Türkiyəyə 734,97 mln. kubmetr təbii qaz ixrac edib...

Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, ötən ilin avqust ayı ilə müqayisədə 15,57% çoxdur. Avqustda Türkiyəyə nəql edilən təbii qazın ümumi həcmində Azərbaycanın payı 23,35% olub.

Bu ilin yanvar-avqust ayları ərzində isə Azərbaycandan Türkiyəyə 6 044,65 mln. kubmetr təbii qaz ixrac edilib. Bu, 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 35,5% çoxdur. Bununla da Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkədir.

Qeyd edək ki, Rusiya Türkiyəyə qaz ixracına görə liderdir. Bu ilin avqust ayında Rusiyadan Türkiyəyə 1 450,74 mln. kubmetr təbii qaz ixrac olunub. Üçüncü yerdə qərarlaşan Əlcəzair isə bu ilin avqust ayı ərzində Türkiyəyə 352,59 mln. kubmetr qaz nəql edib. Belə ki, Rusiyanın Türkiyəyə nəql edilən təbii qazın ümumi həcmindəki payı 46,08%, Əlcəzairin payı isə 11,20% olub.

Xatırladaq ki, ümumilikdə, bu ilin avqust ayında Türkiyə 3 148,09 mln. kubmetr qaz idxal edib ki, bu da 2018-ci ilin eyni ayına nisbətən 3,74% çoxdur.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.(report)

pia.az


Etiket: qaz ixracı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar