Xəbər verildiyi kimi Azərbaycanın baş naziri Əli Əsədov Türkiyə-Azərbaycan birgə iqtisadi komissiyasının toplantısında iştirak etmək üçün Ankaraya səfər edib. Səfər zamanı iki ölkə arasında bir çox sahələri əhatə edən 10-dan artıq birgə sənəd, o cümlədən qarşılıqlı ticarət-investisiya əlaqələrinə dair sənədlər imzalanıb.
Əldə edilən anlaşmalardan biri də Türkiyənin SOM yüksək dəqiqlikli, "hava-yer” tipli qanadlı raketini Azərbaycana ixrac etməsini nəzərdə tutur. Bu haqda aydınlık.com.tr Türkiyənin vitse-prezidenti Fuad Oktayın verdiyi açıqlamalara əsasən bildirir.
pia.az