Cümə, 22 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimləri keçiriləcək

General-polkovnik Zakir Həsənov Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb...

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb.

Müdafiə Nazirliyindən PİA.az-a verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Müdafiə naziri ona Azərbaycan ilə Qətər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Azərbaycan-Qətər münasibətlərinin inkişafında ölkə rəhbərlərinin səylərini xüsusi vurğulayan general-polkovnik Z.Həsənov ölkələrimiz arasında hərbi sahədə də əlaqələrin uğurla inkişaf etdiyini deyib.

Tərəflər Azərbaycan ilə Qətər arasında hərbi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edərək bu əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildiriblər. Hərbi əlaqələrin inkişafı baxımından hərbi qulluqçuların qarşılıqlı səfərlərinin, həmçinin Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsinin vacibliyi vurğulanıb.

Diplomat isə öz növbəsində dost və qardaş olan Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu, ölkələrimiz arasında əlaqələrin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Səfir qeyd edib ki, Qətər ölkəmizin ərazi bütövlüyünü tanıyır, beynəlxalq təşkilatlar və tədbirlər çərçivəsində daim Azərbaycanın haqq işini dəstəkləyir.

Görüşdə hərbi sahədə əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

pia.az


Etiket: Zakir Həsənov

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Xocalı qatili general Manvel Qriqoryan qəbirdən “xortdadı” - Video

Əsgər yoldaşlarını öldürən Ramil 24 il 6 ay həbs cəzası aldı

Cahangir Əsgərovun qızı İngiltərədə daha bir şirkəti açdı – Fotofakt, Video

Kamran Əliyev Nəcməddin Sadıqovun adamını vəzifədən qovacaq - Biznesmen imiş

“Qorbaçova dedim ki, bunun öhdəsindən gələ bilmərəm...” - Vəzirov

Bədbin proqnoz: “Yeni bahalaşma dalğası gəlir”

Qarabağda 12 320 erməni hərbçisi öldürülüb - Yerevan açıqladı

"ABŞ Əliyev və Ərdoğana qarşı sanksiya tətbiq etməlidir" - Erməni lobbisinin Baydendən ilk tələbi - Video

Akarın şok planı: “Ayın sonuna qədər...” - Böyük əməliyyatın anonsu

Qazaxıstan və Rusiyanın imtina etdiyi viruslu pomidorlar Bakıda satışa çıxarılır? - Bu məhsul nə qədər zərərlidir...

Ən çox oxunanalar