Bazar ertəsi, 20 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Azərbaycan təyyarəsi qəzaya uğradı? – Rəsmi

Azərbaycan Hava Yollarına məxsus An-12 yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması barədə məlumat yayılıb...

Sozcu.az xəbər verir ki, məlumatı “Aviasiya Herald” tirajlayıb. Bildirilir ki, qəza nəticəsində təyyarədəki yeddi heyət üzvü həlak olub.

Məlumata görə, An-12 Əfqanıstanın Helmand çayı yaxınlığında, Qarmşir bölgəsindən Əfqanıstanın məlum olmayan digər bir nöqtəsinə yük daşıyırmış.

Azərbaycan Hava Yolları QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski saytımıza açıqlamasında hadisənin 2016-cı ildə baş verdiyini bildirib:

“Yayılan məlumatla tanışıq. Bu hadisə 18 may 2016-cı ildə baş verib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası (ADMAA) hadisə ilə bağlı rəsmi məlumat da yayıb. 18 may 2016-cı ildə, Bakı vaxtı ilə təxminən saat 18:30-da Dvayer hava limanından uçuş zamanı qəza baş vermişdi. Təyyarə beynəlmiləl ekipaj tərəfindən idarə olunub. Heyətə Özbəkistan (kapitan), üç Ukrayna və beş nəfər Azərbaycan vətəndaşı daxil idi.

Ekipajın 7 üzvü həlak olmuşdu, iki Ukrayna vətəndaşı olan ekipaj üzvü isə sağ qalmışdı.

Bu hadisənin 3 il yarımdan sonra yeni xəbər kimi yayılması təəccüblüdür”.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: təyyarə qəza

Şərh yazın.


loading...

Ən çox oxunanalar