Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan tərəfinin mövqeyi aydındır” - Tofiq Zülfüqarov

Qarabağda müharibənin dayanması üçün Almaniyanın göstərdiyi səylərə keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov münasibət bildirib...

Keçmiş xarici işlər naziri: “Azərbaycan Qarabağ münaqişəsi ilə bağlı öz mövqeyini bildirib. Sadəcə olaraq BMT-də münaqişə ilə bağlı müzakirələr gedəcək”.

“Hadisələrdən bir neçə gün əvvəl cənab prezident bildirib ki, biz danışıqları konkret sənədin üzərində, qrafik şəklində olandan sonra qəbul edəcəyik. Əgər belə bir sənəd qəbul olunsa və xoş niyyətlərini göstərmək istəyən tərəf erməniləri buna vadar etsə, təbii ki, Azərbaycan danışıqlara qayıdacaq”.

Bu sözləri keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Almaniyanın Qarabağda müharibəni dayandırmaq üçün etdiyi səyləri PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhə boyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutur.

Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Qarabağ münaqişəsinə vasitəçilik edən ölkələr bu vaxta qədər öz mövqelərini bildiriblər. Vasitəçi ölkələrdən heç biri hələki açıq şəkildə tərəf tutmayıb. Hazırda isə Almaniya müharibənin dayandırılmadı üçün ən aktiv vasitəçilik edən tərəf kimi görünür. Merkelin səyləri uğurlu ola bilərmi və Berlin münaqişənin həllində obyektiv olacaqmı?

Mövzunu PİA.az-ın əməkdaşı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ilə müzakirə edib.

Tofiq Zülfüqarov: “Azərbaycan tərəfi danışıqların və atəşkə barədə öz mövqeyini bildirib”.

BMT-də müzakirədən sonra diplomatik çağırışların olacağını düşünən keçmiş xarici işlər naziri bildirib ki, Təhlükəsizlik Şurasının və orada sədrlik edən Türkiyənin adından bəyanatlar ola bilər:

“Birincisi onu qeyd etmək lazımdır ki, Azərbaycan Qarabağ münaqişəsi ilə bağlı öz mövqeyini bildirib. Sadəcə olaraq BMT-də münaqişə ilə bağlı müzakirələr gedəcək. Bu müzakirələr o demək deyil ki, hansısa qətnamə qəbul olunacaq. Hesab edirəm ki, BMT-də müzakirədən sonra diplomatik çağırış olacaq. Yəni Təhlükəsizlik Şurasının və orada sədrlik edən Türkiyənin adından bəyanatlar ola bilər.

Amma bilməliyik ki, Azərbaycan tərəfi danışıqların və atəşkə barədə öz mövqeyini bildirib. Yəni hadisələrdən bir neçə gün əvvəl cənab prezident bildirib ki, biz danışıqları konkret sənədin üzərində, qrafik şəklində olandan sonra qəbul edəcəyik. Əgər belə bir sənəd qəbul olunsa və boş niyyətlərini göstərmək istəyən tərəf erməniləri buna vadar etsə, təbii ki, Azərbaycan danışıqlara qayıdacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket: Qarabağ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar