Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan sosial dövlət anlayışından çıxır? - Zahid Orucdan şərh

Son illər əhalinin ən çox narazı qaldığı sahələrdən bəlkə də birincisi sosial müdafiə sahəsidir...

Millət vəkili: “Ötən illər ərzində sosial müdafiə sahəsində böyük tədbirlərə, qərarlara baxmayaraq bir sıra sahələrdə, ələxsus əhalinin işlə təminatı, əlillik dərəcələrinin verilməsi və s. kimi mühüm məsələlər hələ də öz həllini tapmayıb”.

“İstər hökumət, istərsə də rayon icra hakimiyyəti orqanları, o cümlədən yerli qurumlar tərəfindən baş verən müxtəlif xarakterli cinayətləri gördük. Bunlar da öz-özlüyündə vətəndaşların sosial durumuna təsir edib”.

Bu sözləri millət vəkili Zahid Oruc ölkədə son illər formalaşan sosial müdafiə siyasətini PİA.az-a şərh edərkən qeyd edib.

Son illər əhalinin ən çox narazı qaldığı sahələrdən biri və bəlkə də birincisi sosial müdafiə sahəsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son illər yürütdüyü siyasət də sanki Azərbaycabda sosial dövlətin ləğvinə yönəlib.

Ümumilikdə ölkədə son illər formalaşan sosial müdafiə siyasətini necə dəyərləndirmək olar və baş verənlər fonunda demək olarmı ki, Azərbaycan konstitutsiyaya zidd olaraq sosial dövlət anlayışından çıxır?

Ölkədə artan sosial müdafiə problemlərini PİA.az-ın əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc ilə müzakirə edib.

Zahid Oruc: “Bu model elə reallaşdırılmalı, elə tətbiq edilməlidir ki, insanlar gəlib parlament üzvündən, dövlət rəsmilərindən yardım, dəstək, kömək istəməsinlər”.

İkinci Qarabağ münaqişəsinin başa çatması fonunda hökumətin, müvafiq qurumların ən mühüm vəzifəsinin yaranmış problemlər istiqamətində məsələlərin başa çatdırılması olduğunu vurğulayan millət vəkili bildirib ki, bundan sonra hökumət də, müvafiq qurumlar da cəmiyyət qarşısında hesabat verməlidir:

“Şübhəsiz ki, ötən illər ərzində sosial müdafiə sahəsində böyük tədbirlərə, qərarlara baxmayaraq bir sıra sahələrdə, ələxsus əhalinin işlə təminatı, əlillik dərəcələrinin verilməsində qarşımızda böyük işlər, vəzifələr durur.Sosial müdafiə sahəsindən danışanda, ölkə rəhbəri tərəfindən əhalinin aztəminatlı təbəqəsi üçün verilən qərarların sistemli və intensiv xarakter daşıdığını xüsusi vurğulamlayıq. Yəni biz onu deyə bilərik ki, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə bağlı tədbirlər o planda ön yerdədir. Onların məişət şəraitinin və digər qayğılarının qarşılanması hər zaman cənab Prezident tərəfindən 1-ci yerə qoyulur.

Lakin biz açıq deməliyik ki, ötən on illərdə nazirlərin bir-birinin ardınca əvəzlənməsi fonunda siyasətdə sona qədər sabitliyi saxlamağa daha çox önəm verə bilməmişik. Atılan hər bir addım digərini tamamlamalı, hüquqda varislikolmalıdır.Bu gün ölkə mediasında problemi olan insanların tələbl və çağırışları işıqlandırılır. Belə insanlar pandemiyadan sonra təbii ki, çoxdur. Ona görə də, hökumət və yerli orqanlar, bir sözlə bütün hakimiyyət qollarından səfərbərlik tələb olunur.

Bir neçə ay əvvəl Prezident Adminstrasiyasının rəhbəri hörmətli Samir Nuriyevin təqdimatı ilə ölkə prezidenti tərəfindən vətəndaşların şikayət və müraciətləri ilə bağlı ayrıca qurumun açılışı həyata keçirildi. O zaman mediaya verilən bir məlumatda bildirildi ki, əhalidən edilən müraciətlərin çoxunu sosial xarakterli məsələlər təşkil edir. Bu da başa düşüləndir. Biz iki Qarabağ müharibəsindən keçmiş, o cümlədən dünya çapında böyük iqtisadi, sosial zərbələr vuran pandemiyadan sonrakı mərhələyə qədəm qoymuşuq.

Zahid Oruc: “Əmək haqqı sistemində, o cümlədən işə götürənlərlə işçilər arasındakı münasibətlərdə olan qanun çatışmamazlıqları yoluna qoyulmalıdır”.

İstər hökumət, istərsə də rayon icra hakimiyyəti orqanları, o cümlədən yerli qurumlar tərəfindən baş verən müxtəlif xarakterli cinayətlər gördük. Bunlar da öz-özlüyündə vətəndaşların sosial duruma təsir edib.

İnsanların parlament üzvündən, hətta rayon icra hakimiyyətindən kəskin narazı qaldığı hallarda belə, son ümid yerləri Ölkə prezidentidir.Dövlət başçısı bütün vətəndaşların inamını, etibarını və etimadını doğrultmaq üçün hər şeyi edir. Ona görə də sosial müdafiə tədbirləri daha sistemli, hədəfli, geniş miqyaslı görülməsi üçün operativ və ünvanlı icra siyasəti və nəzarət mexanizmləri gərəkdir.

Düşünürəm ki, əmək haqqı sistemində, o cümlədən işə götürənlərlə işçilər arasındakı münasibətlərdəki çatışmazlıqlar yoluna qoyulmalıdır. Xüsusilə, bizdə təkmilləşməyə ehtiyacı olan sahələr arasında sığorta sistemi ön yeri tutur. Həmçinin işsizlikdən sığorta edilən insanların təminatları aşağı yerdədir.Sanki hökimət strukturlarını sığortalayıblar.

Biz həmişə işin şəffaflıq tərəfindən danışırıq. Amma elə mexanizmlər yaradılmalıdır ki, , insanlar, cəmiyyət tərəfindən etibar əldə etmiş olsun. Bildiyimiz kimi iyun ayından əllik təyinatı ilə bağlı faiz sistemi kimi tövsiyə olunan və Avropa Birliyi ölkələrində çoxdan tətbiq edilən model işə düşəcək. Bu model elə reallaşdırılmalıdır ki, insanlar gəlib parlament üzvündən, dövlət rəsmilərindən yardım, dəstək, kömək istəməsinlər. Onların barəsində şəffaf və obyektiv qərarlar verilməlidir.

Zahid Oruc: “Sosial dövlət modeli mənim üçün işsizliyin ən aşağı səviyyəyə düşdüyü ölkə modelidir”.

Qeyd edim ki, sosial müdafiə tədbirləri ən inkişaf etmiş Avropa cəmiyyətləri üçün də bu gün aktual sual olaraq qalır. Dünyaya dollar ixrac edən ABŞ-da ən müxtəlif xarakterli siyasi kampaniyalarda sosial məsələlərin öndə tutulduğunu görürük. Deməli, inkişaf edən demokratiyalarda da əhalinin gəlirlərinin azalması, iş yerlərinin bağlanması, iqtisadi aktivliyin aşağı düşməsi kimi problemlərlə qarşılaşırlar. Hələ pandemiyanın ilk aylarında ümumi ziyanın 20 trilyon dollara yaxın olduğu söylənilirdi. Yəqin indi iqtisadçılar bu rəqəmin sonda necə olması barədə çətinlik çəkir.

Bununla bərabər Vətən müharibəsində qələbə qazanmış bir ölkənin vətəndaşı ona uyğun sosial güzəran, həyatı, ehtiyaclarının qarşılanması istəyir. Bu başa düşülən bir həqiqət olmalıdır. Əminik ki, Qarabağ torpaqları, azad edilmiş ərazilərimiz yeni iş yerlərinin yaradılmasında, sosial müdafiənin, ehtiyaclarını qarşılanmasında, yeni məskunlaşma siyasətində, Bakıda və digər ərazilərdə sıxlığın aradan qaldırılmasında öz müsbət təsirini göstərəcək. Beləliklə də bu sosial problemlər ölkə həyatında müəyyən qədər dəyişikliyə uğrayacaq.

Mən bir parlament üzvü kimi xüsusi xarakterli müraciətləri Əmək və Əhalinin Sosial Müdafiə nazirinə, ya da nazir müavinlərinə yönəldirəm. Onlardan da çevik reaksiyalar alıram. Lakin problemlər bir nazirlik və bir hakimiyyət qolu ilə tam h\ll edilə bilməz. Məsələn,təkcə işsizlik probleminin köklü həlli ünvanlı sosial yardım üçün müraciət edənlərin əsaslı şəkildə azalmasına, qanunsuzluğa cəhd edənlərin, buna görə hökumət və dövlət strukturları ilə konfliktə gedənlərin aradan qalxmasına, büdcə gəlirlərinin isə artmasına güclü müsbət təsirini göstərərdi.Eləcə də sığorta sisteminin hazırki zəif durumdan çıxmasında təsirli rol oynayardı. Sosial dövlət modeli mənim üçün işsizliyin ən aşağı səviyyəyə düşdüyü ölkə modelidir. Biz bu problemi həll etsək, tam qürarla deyə biləcəyik ki, Vətən müharibəsindəki qələbədən sonra ikinci strateji məqsədimizə nail olmuşuq. Bu gün o Avropa dövlətləri inkişaf etmiş sayılır ki, orada işsizlik çox aşağı göstəriciyə malikdir.

Zahid Oruc: “Əlilliklə bağlı məsələlərdə çox ciddi problemlərin hələ də qaldığını söyləyə bilərik”.

Bu gün biz büdcə gəlirlərinin haqlı olaraq artdığı söyləyirik. Azərbaycan büdcəsinin region ölkələrin büdcəsindən qat-qat irəli olduğunu bəyan edirik. Amma o da reallıqdır ki, istər bölgələrdə, istərsə də paytaxda xeyli işsiz insanlarımız var. Bu da əmək bazarında çox ciddi bir basqı yaradır. Digər tərəfdən onlar fiziki qüvvələrini reallaşdırmaq, əmtəəyə çevirmək üçün yollar arayırlar. Bir qism vətəndaşlar ölkəni tərk edir. Yaxud da biz daxili miqrasiyaları müşahidə edirik. Belə olan təqdirdə dövlətin ən başlıca strategiyasını, kursunu məhz bu məsələ təşkil etməlidir. Bu halda hansısa nazirliyin siyasəti düzgün qurub-qurmaması müzakirə mövzusu olmayacaq.

Ölkədə əlliklə bağlı problemə gəlincə isə deyə bilərəm ki, gün ərzində 5-6 nəfərin müraciət bizə də olunur. Biz də bir tədqiqat mərkəzi olaraq bu məsələni araşdırmağa başlamışıq. Əlilliklə bağlı məsələlərdə çox ciddi problemlərin hələ də qaldığını söyləyə bilərik. Dərin analiz edəndə görürük ki, bir məsələnin araşdırılması xeyli mərhələlərdən keçir. Amma bu aylarla, illərlə davam etməməlidir. Buna görə də ölkə prezidenti tərəfindən ötən ilin iyun ayında yaradılmış xüsusi komissiyası mövcuddur.

Biz bu problemlərə görə əlavə 3-cü, 4-cü nəzarət qurumları yaratmalı deyilik. Bu zaman istər-istəməz nazirliklərin, komitələrin, agentliklərin sayı artacaq. Əhalinin 100 min nəfərinə düşən məmur sayı avtomatik çoxalacaq. Bu da büdcə ayrımalarının daha da genişlənməsinə gətirib çıxaracaq.

Zahid Oruc: “Biz təkcə şəhidləri, şəhid ailələrini deyil, Vətən müharibəsində iştirak edən hər bir insanı qiymətləndirməyi bacarmalıyıq”.

Hesab edirəm ki, ikinci Qarabağ münaqişəsinin başa çatması fonunda hökumətin, müvafiq qurumların ən mühüm vəzifəsi yaranmış problemlər istiqamətində məsələləri başa çatdırmaqdır. Bundan sonra hökumət də, müvafiq qurumlar da cəmiyyət qarşısında hesabat verməlidir. Bu zaman ölkə rəhbərinin siyasi kursunu dəstəkləyənlər çox rahatlıqla bəyan edəcəklər ki, hansısa media strukturlarının çağırışına görə deyil, bilavasitə hökumətin fəaliyyətinin cəmiyyət qarşısında hesabatı olaraq biz bu işlərə nail olmuşuq.Bu halda hər bir vətəndaş düşünəcək ki, vətəninin istənilən bucağı üçün hər zaman savaşa, şəhidliyə hazırdır. Biz təkcə həyatını torpaq yolunda itirənləri deyil, Vətən müharibəsində iştirak edən hər bir insanı qiymətləndirməyi bacarmalıyıq. Hökumətin ölkə rəhbəri qarşısında aldığı ən böyük tələb və millət qarşısındakı borcu, öhdəliyi budur”.

Nərminə UMUDLU

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar