Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan şirkəti İraqda “Yeni Babil qülləsi” tikir - Foto

İraq Mərkəzi Bankının yeni binasının tikintisini “Azərsun holdinq”in rəhbəri Abdolbari Gözəl ailəsinə məxsus DAAX Construction MMC həyata keçirir...

DAAX Construction MMC 2006-cı ildə DİA Holdinqin ortaqlığı ilə Azərbaycanda təsis edilib və Yaxın Şərqdə ailəyə məxsus ən iri şirkətlər qrupu sayılan DAAX korporasiyasına daxildir. Şirkətə “Azərsun” rəhbərinin qardaşı oğlu Həsən Gözəl (Hassan Gozal) rəhbərlik edir.

Bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb. Onun sözlərinə görə, şirkət Azərbaycanda böyük vəsaitlər hesabına başa gələn fantastik layihələrin – 250 milyon dollara başa gələn Heydər Əliyev Mərkəzinin, 350 milyon dollarlıq Alov Qüllələrinin, 2 milyard dollar vəsait yönəldilən Şahdağ Turizm Kompleksi, Qəbələ rezidensiyası və Baku Premium Villas-ın tikintisini həyata keçirib.

Yeri gəlmişkən, İraq Mərkəzi Bankının “Yeni Babil qülləsi” adlandırılan yeni binasının dizayn müəllifi də Heydər Əliyev Mərkəzinin dizaynının müəllifi olan Zaha Hadiddir. 162,52 metr hündürlüyündə nəzərdə tutulan bina 2021-ci ilin sonuna kimi hazır olacaq və 800 milyon dollara başa gələcək.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar