Cümə axşamı, 22 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Azərbaycan Rusiyanın təzyiqləri qarşısında duruş gətirə biləcək?

Prezident Rusiyaya açıq mesaj verdi və Azərbaycanın mövqeyini bir daha bildirdi...

Politoloq: “Rusiyanın Ermənistanı yenidən silahlandırmasında əsas məqsədi erməni ordusunun döyüş qabiliyyətinin artırılması nəticəsində Azərbaycana təzyiq üçün istifadə etməkdir”.

“Təzyiq dili yeni regional, hətta geniş miqyaslı müharibə ilə nəticələnə bilər. Rusiya da bunu yaxşı başa düşür və anlayır ki, öz qonşularının strateji maraqlarına hörmətlə yanaşmalıdır”.

Bu sözləri politoloq Azər Qasımov Rusiyanın Azərbaycana təzyiq etməsini və Azərbaycanın dözüm nümayiş etdirməsini PİA.az-a şərh edərkən qeyd edib.

Prezident İlham Əliyev Ermənistanı onun müttəfiqlərinin yenidən silahlandırmasını deyərək erməni revanşistlərinə dəstək verən dairələri sərt şəkildə tənqid edib. Məlumdur ki, Ermənistanı Azərbaycana qarşı Rusiya silahlandırır. Digər tərəfi isə Rusiya Azərbaycana öz geosiyasi layihələrinə üzv olmaq üçün müəyyən təzyiqlər edir. Prezidentin çıxışından məlum olub ki, rəsmi Bakı Rusiyanın təkliflərindən və Dağlıq Qarabağda yürüdüyü “sülhməramlı” fəaliyyətdən heç də məmnun deyil. Görünən budur ki, Azərbaycan Rusiyanın təzyiqləri qarşısında duruş gətirir və öz narazılığını da gərəkdiyi zaman açıqca ortaya qoyur.

Bəs Azərbaycanın Rusiyanın təzyiqlərinə qarşı bu duruşu uzun sürəcək, yoxsa Rusiya hansısa planları ilə Azərbaycanı öz layihələrinə qoşulmağa vadar edəcək?

Rusiyanın Azərbaycana təsir imkanlarını PİA.az-ın əməkdaşı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Ermənistanda da yaxşı başa düşürlər ki, onların dövlətinin süqut etməməsi ancaq Rusiyadan asılıdır və Rusiya hazırda Ermənistan dövlətini süqut etməkdən qurtarmağa çalışır”.

Azərbaycanın uzun illərdir Rusiyanın geosiyasi layihələrində müşahidəçi kimi iştirak etdiyini xatırladan politoloq PİA.az-a bildirib ki, rəsmi Bakı dəfələrlə bu qurumlara daxil olmayacağını da qeyd edib. Çünki bu layihələrə üzv olmala Azərbaycan özünün müstəqiliyini məhdudlaşdırır:

“Prezident İlham Əliyevin “Ermənistanı onun müttəfiqləri yenidən silahlandırır”, deməsi xüsusi mətləblərdən xəbər verir. Belə ki, Ermənistanı silahlandıracaq əsas ölkə Rusiyadır və prezident tərəfindən bu mesaj Rusiyaya verilib. Eyni zamanda da prezidentin mesajı həmçinin İrana da verilib. İran bu silahlanmada Ermənistana daha çox tranzit dəstəyi verir. Bu baxımdan Rusiyanın Ermənistanı yenidən silahlandırmasında əsas məqsədi erməni ordusunun döyüş qabiliyyətinin artırılması nəticəsində Azərbaycana təzyiq üçün istifadə etməkdir. Əslində 44 günlük müharibədən sonra erməni ordusunun Azərbaycan ordusu qarşısında nə qədər təzyiq vasitəsi kimi istifadə edilməsi sual altındadır. Amma görünür ki, Rusiya Azərbaycanla Ermənistan arasında balans yaratmaq istəyir.

Ermənistan ordusu yeni silahlarla təchiz oluna bilər. Lakin Azərbaycan da əlini-qolunu sallayıb oturmur və Azərbaycanın iqtisadi gücü Ermənistandan dəfələrlə çoxdur. Azərbaycan öz ordusunu ən yeni silahlarla təchiz etməyə qadirdir. Ermənilər isə, prezidentin də qeyd etdiyi kimi, bu silahları Rusiyadan müftə alır. Demək ki, bütün hallarda Rusiyanın bu cəhdi boşunadır. Buhdan sonra Ermənistan ordusu nə texniki, nə də fiziki cəhətdən Azərbaycan ordusuna tay ola bilməyəcək. Bu özü-özünə aydındır. Digər tərəfdən də Ermənistanı hələ qabaqda böyük siyasi və iqtisadi kataklizmlər gözləyir. Ona görə də Ermənistanda da yaxşı başa düşürlər ki, onların dövlətinin süqut etməməsi, ancaq Rusiyadan asılıdır və Rusiya hazırda Ermənistan dövlətini süqut etməkdən qurtarmağa çalışır.

Azər Qasımov: “Müharibədən sonra Rusiyanın Azərbaycana özünün əsas geosiyasi layihələri olan KTMT, Avrasiya İqtisadi İttifaqı kimi qurumlara üzv olması üçün təzyiq edəcəyi gözlənilən idi”.

Onu da deyim ki, 44 günlük müharibədən sonra ermənilərin gözü Azərbaycan hərbiçisindən elə qorxub ki, onların hələ uzun müddət Azərbaycan ordusunun qarşısına çıxmağa mənəvi gücü olmayacaq. İnanmıram ki, məğlubiyyətdən sonra hansısa erməni ağlını itirib yenidən real şəkildə Azərbaycan ordusu hərbçisi ilə qarşı qarşıya gəlməyə cəsarət etsin. Məsələ budur.

Qeyd edim ki, müharibədən sonra Rusiyanın Azərbaycana özünün əsas geosiyasi layihələri olan KTMT, Avrasiya İqtisadi İttifaqı kimi qurumlara üzv olması üçün təzyiq edəcəyi gözlənilən idi. Rusiya hesab edir ki, əgər müharibədə bir növ sözdə də olsa neytrallığını qoruyb saxlayıbsa, Azərbaycan buna görə ona minnətdar olmalıdır və elə buna görə də rəsmi Bakı Moskvanın geosiyasi layihələrinin bir hissəinə çevrilməlidir.

Azərbaycan uzun illərdir ki, Rusiyanın bu layihələrində müşahidəçi kimi iştirak edir. Lakin rəsmi Bakı dəfələrlə bu qurumlara daxil olmayacağını da qeyd edib. Çünki bu layihələrə üzv olmala Azərbaycan özünün müstəqiliyini məhdudlaşdırır. Eyni zamanda, bu qurumların əslində hansı məqsədlə yaradıldığı da hamıya bəllidir. Rusiya bu qurumlar vasitəsilə Sovet İttifaqı formasında, amma yeni adda bir geosiyasi qurum yaratmaq məqsədi güdür və bu məqsədlə özünün fövqəldövlət statusunu bərpa etməyə çalışır. Yəni bu geosiyasi layihələr Rusiyanın imperiya maraqlarına qulluq edir. Odur ki, bunları bilə-bilə bu qurumlara üzv olması Azərbaycan dövlətinin müstəqilliyinin itirilməsi anlamına gəlir.

Azər Qasımov: “Azərbaycan və Türkiyə ikilikdə digər regional və beynəlxalq aktyorlarla birlikdə yeni güc mərkəzi formalaşdırır. Hesab edirəm ki, Rusiya özü də bu güc mərkəzinə daxil olacaq”.

Azərbaycan Rusiyanın təzyiqlərinə həmişə davam gətirib, bundan sonra da davam gətirəcək. Xüsusilə də, Türkiyənin açıq şəkildə yanımızda olduğu bir şəraitdə bu belə olacaq. Hesab edirəm ki, Rusiyanın bu istəyi həmişə olacaq, amma biz artıq geosiyasi şəraitin yeni güc mərkəzləri formalaşması durumunun elə bir nöqtəsində yerləşirik ki, artıq kimsə, yaxın illərdə bizimlə təzyiq vasitəsilə danışa bilməz. Təzyiq dili yeni regional, hətta geniş miqyaslı müharibə ilə nəticələnə bilər. Rusiya da bunu yaxşı başa düşür və anlayır ki, öz qonşularının strateji maraqlarına hörmətlə yanaşmalıdır. Buna baxmayaraq Rusiya bizim nəbzimizi də davamlı olaraq yoxlayır və hazırkı təzyiqləri də məhz nəbz yoxlaması kimi dəyərləndirmək lazımdır.

Hazırda Azərbaycan və Türkiyə ikilikdə digər regional və beynəlxalq aktyorlarla birlikdə yeni güc mərkəzi formalaşdırır. Hesab edirəm ki, Rusiya özü bu güc mərkəzinə daxil olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Populyar xəbərlər

Bloger Mehman Hüseynov deputat Razi Nurullayevi biabır etdi - Fotolar

Məhkəmə sədrini polisə apardılar - General göstəriş verdi və... - Foto

"Bu mən deyiləm, mənim nömrəm deyil" - Hüseynbala Mirələmovdan açıqlama

Korrupsiya İdarəsi baş həkimləri saxladı: TƏBİB rəhbərliyində nə baş verir? - Baş Prokurorluqdan açıqlama - Yeniləndi

Sabiq deputat, yazıçı Hüseynbala Mirələmovun əxlaqsızlığı sosial şəbəkələrdə - Video

Nazirin töhmət verdiyi direktor necə şöbə müdiri olub?

Həbs edilən baş həkim generalın qohumudur - Foto

ATV-dən Zaurun verilişinin bağlanması ilə bağlı açıqlama

"Aztelekom"ın rəhbərliyinə müvəqqəti təyinat olub - Yenilənib

Türk generaldan Ermənistana: “Səsinizi kəsin, yoxsa Göyçəyə də, İrəvana da girərik”

Mirələmovun videosu hansı şəraitdə çəkilib, kim yayıb? - Təfərrüatlar

10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovdan xəbər var

Ən çox oxunanalar