Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-Rusiya sərhədində yeni körpü dekabrda istifadəyə veriləcək

Samur çayı üzərindən Azərbaycan-Rusiya sərhədində yerləşən avtomobil körpüsünün istismara verilməsi bu ilin dekabr ayının ortalarında planlaşdırılır...

“APA-Economics”in məlumatına görə, bu barədə "Moskva-Bakı" portalına Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin bildirib.

"Qeyd etmək istərdim ki, bu gün sərhədin hər iki tərəfindəki çatışmazlıqların həllinə diqqəti artırmalıyıq. Bunun üçün sərhəd infrastrukturunun inkişafı üzrə Rusiya-Azərbaycan ortaq işçi qrupu yaradılıb. Yaraq-Kazmalyar keçid məntəqələrində Samur çayı üzərindəki avtomobil körpüsü bu məsələnin həllinə kömək edəcək. Müqavilə çərçivəsində işlərə 2017-ci ilin dekabrında start verilib. Körpünün istifadəyə verilməsi 2019-cu ilin dekabr ayının ortalarında planlaşdırılır", - deyə Oreşkin qeyd edib.

Oreşkin Samur çayı üzərindəki körpünün, Rusiyanın vacib saydığı Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin mühüm bir hissəsi olduğunu vurğulayıb.

"Ekspert hesablamalarına görə, Azərbaycan ərazisi ilə (dəhliz çərçivəsində - red.) yerüstü yük tranziti orta müddətdə 7 mln. tona yaxınlaşa bilər və daha uzun müddətdə bu göstərici 13 mln. tondan çox ola bilər. Tranzitin böyük hissəsi Hindistana və İrana gedən Rusiya və bu ölkələrdən göndərilən yüklərin hesabına formalaşacaq. Gələcəkdə bəlkə də Cənubi və Cənub-Şərqi Asiya, Fars Körfəzı dövlətləri barəsində də söhbət gedə biləcək ", - deyə rusiyalı nazir bildirib.

Samur çayı üzərindən körpünün inşası layihəsi RusiyaAzərbaycan hökumətləri arasında 2013-cü ilin avqustunda imzalanmış razılaşma çərçivəsində həyata keçirilir. Yeni körpü, 1957-ci ildə tikilən mövcud körpünü əvəz edəcək. Körpünün uzunluğu 325,3 metr, eni 17,5 metr olacaq. Layihənin dəyəri 36,5 milyon manatdır (təxminən 21,5 mln. ABŞ dolları). RusiyaAzərbaycan tikintini bərabər şəkildə maliyyələşdirir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar