Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-Rusiya sərhədində körpünün açılış tarixi məlum olub

Azərbaycan-Rusiya sərhədində Samur çayının üzərində körpünün açılış tarıxi məlum olub...

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Dövlət Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinin anım mərasimindəki çıxışında bildirib. Onun sözlərinə görə, Samur çayı üzərində körpünün açılışı dekabrın 24-də baş tutacaq.

Səfir Samur çayı üzərində körpünün açılması hadisəsini ikitərəfli münasibətlərin genişləndirilməsinin nəticəsi adlandırıb: “Dekabrın 24-də körpünün açılmasının planlaşdırılması Rusiya üçün olduğu kimi Azərbaycan üçün də çoxdan gözlənilən hadisə idi, RusiyaAzərbaycan arasında münasibətlər çox müdrik, məqsədyönlü və çox yaxşı inkişaf edir. Ümid edirəm ki, hər zaman belə olacaq”.

APA-nın Moskva müxbirinə müsahibəsində səfir Polad Bülbüloğlu Azərbaycan-Rusiya sərhədində, Samur çayı üzərində tikilən körpü layihəsinin tarixi haqqında danışıb və bildirib ki, körpünün tikilməsi məsələsi bir neçə il hökumətlərarası komissiyanın, parlament komissiyalarının üzvləri arasında müzakirə olunub: “Yekunda qərar dövlət başçıları İlham Əliyev və Vladimir Putinin siyasi iradəsi sayəsində qəbul olunub. Bundan sonra layihə çox tez həyata keçirilib. 24 dekabrda planlaşdırılan möhtəşəm açılış təkcə bir hadisə deyil: körpü ticarət dövriyyəsinin intensivləşməsinə xidmət edəcək. Məlumdur ki, ticarət dövriyyəmiz artır və nəticədə yük daşınması artır. Orada ayrıca avtomobillər və avtobuslar üçün gömrükdən keçməkdən ötrü daha rahat şərait yaradılacaq”.

Diplomat körpünün açılmasının iki ölkənin daha da yaxınlaşmasına səbəb olacağını vurğulayıb: “Səbirsizliklə Azərbaycan ilə Rusiya arasındakı Samur çayı üzərindəki körpünün açılmasını gözləyirik”.

P.Bülbüloğlu körpünün açılış mərasimində Rusiya tərəfindən İqtisadi İnkişaf naziri Maksim Oreşkinin iştirak edəcəyini, Azərbaycan tərəfinin də yüksək səviyyədə təmsil olunacağını söyləyib.

Qeyd edək ki, Samur çayı üzərində körpünün tikilməsi haqqında layihə 2013-cü ilin avqustunda AzərbaycanRusiya hökumətləri arasında imzalanıb. Yeni körpü indiyə kimi mövcud olan, 1957-ci ildə tikilən körpünü əvəz edəcək. Yeni körpünün uzunluğu 325,3 metr, eni isə 17,5 metrdir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar