Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Rusiya bazarına pomidor ixracını artırıb

2018-ci ilin yekunlarına əsasən məlumat verilib

2018-ci ilin yekunlarına əsasən Azərbaycan Rusiyaya pomidor ixracını artırıb.

Bunu Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev deyib.

Onun sözlərinə görə, ötən ilin rəsmi statistikası hələlik açıqlanmasa da, əldə olunan məlumatlar 2018-ci ilin göstəricilərinin 2017-ci ildən daha yüksək olacağını gözləməyə əsas verir: “Əgər 2017-ci ildə Rusiyaya 150 min ton pomidor ixrac olunmuşdusa, 2018-ci ildə bu rəqəm artıq oktyabrda qeydə alınmışdı. Pomidorlar ixrac olunan tərəvəz məhsulları arasında birinci yer tutur. Yaxın zamanlarda statistik məlumatlar regionların sosial-iqtisadi inkişafına həsr olunmuş konfrans çərçivəsində açıqlanacaq”.

Məhsulun keyfiyyətinə gəldikdə isə, B.Quliyev bildirib ki, bu baxımdan ciddi problem müşahidə olunmur, yerli məhsul yüksək keyfiyyətə malikdir və tərkibində GMO yoxdur:

Azərbaycana GMO məhsullarının gətirilməsi qadağan olunub və bu, dövlət səviyyəsində nizamlanır. İstehsalçılar dövlət reyestrrinə daxil olan toxumları satın alır. İxrac və daxili bazar üçün nəzərdə tutulmuş meyvə-tərəvəz məhsullarının keyfiyyətinin yoxlaması demək olar ki, hər gün keçirilir. Bu məsələ Qida Təhlükəsizliyi Agentliyinin nəzarətindədir. Yoxlamalar həmçinin ticarət məntəqələrində də keçirilir. Ona görə də istehlakçılar məhsulların keyfiyyətindən əmin ola bilər”.(Trend.az)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar