Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan qonşularından qeyri-neft məhsullarının ixracında niyə geridə qalır?

Müstəqillik illərində qeyri-neft sektorunun və özəl sektorun bu qədər inkişafdan qalmasının səbəbləri nədir?...

İqtisadçı: “Azərbaycanın qeyri-neft sektoruna baxanda görəcəyik ki, orada əsas yeri kənd təsərrüfatı məhsulları tutur. Həmin kənd təsərrüfatlarının dəyəri isə çox aşağıdır”.

Azərbaycanda qeyri-neft ixracının 20 faizi neft sənayesinə aid olan köməkçi sənayelərdir. Buna görə də ölkəmizdə qeyri-neft ixracı aşağı səviyyədədir”.

Bu sözləri iqtisadçı Toğrul Maşallı Azərbaycanın öz qonşularından qeyri-neft məhsullarının ixracında geri qalmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanın 2019-cu ilin yanvar-dekabr ayları ərzində qeyri-neft sektoru üzrə ixracı 1 milyard 954 milyon dolları təşkil edib.

2019-cu ilərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına pomidor (189,3 milyon ABŞ dolları) liderlik edib. Bu siyahıdaqızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda –172,4 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı(124,2 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə, 2019-cu ildə meyvə-tərəvəz ixracı 605,8milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 179,4milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 128milyon, pambıq lifi ixracı 124 milyon, kimya sənayesi məhsullarının ixracı 102,9milyon, elektrik enerjisinin ixracı 76,8 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 57,6 milyon, pambıq ipliyi ixracı 30,2milyon, şəkər ixracı26,9milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 23,7milyon ABŞ dolları təşkil edib.

Azərbaycan əhalisinin sayının 10 milyon 60 min 194 nəfər olduğunu nəzər alasaq, o zaman adambaşına düşən qeyri-neft məhsullarının ixracı 194 dollar olub. Maraqlıdır ki, Gürcüstanda adambaşına düşən qeyri-neft məhsullarının ixracı 1012 dollar olub. Ermənistanda isə adambaşına düşən qeyri-neft məhsullarının ixracı 811 dollara bərabər olub.

Daha böyük və müxtəlif cinsli resurslara sahib olan Azərbaycanın öz qonşularından qeyri-neft məhsullarının ixracında bu qədər geri qalmasını nəylə izah eləmək olar? Ümumiyyətlə müstəqillik illərində qeyri-neft sektorunun və özəl sektorun bu qədər inkişafdan qalmasının səbəbləri nədir?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadşı Toğrul Maşallı ilə müzakirə edib.

Toğrul Maşallı: “Neftdən gələn gəlirlərlə bu sahələri dirçəltmək olardı. Amma təəssüflər olsun ki, hökumət bunu etmədi”.

Müstəqillik illərinin əvvələrində Azərbaycanda bütün sənaye sahələrinin digər respublikaların sənayeləri ilə sıx bağlı olduğunu xatırladan iqtisadçı PİA.az-a açıqlamasında əlavə edib ki, sonradan bu münasibətlər qorunub saxlanılmadı və Azərbaycanda neft erası başladı. Nəticə etibarı ilə də qeyri-neft sənayesi inkişaf etmədi:

Azərbaycanın qeyri-neft sektoruna baxanda görəcəyik ki, orada əsas yeri kənd təsərrüfatı məhsulları tutur. Həmin kənd təsərrüfatlarının dəyəri isə çox aşağıdır. Ola bilər ki, bu kənd təsərrüfatından gələn gəlir hansısa ailə üçün çox olsun. Amma bu gəlir ölkə üçün çox da böyük faiz təşkil etmir.
Gürcüstan və Ermənistanın qeyri-neft sektorunda isə başqa məhsullar istehsal olunur. Məlumdur ki, bu ölkələrdə neft olmadığına görə bütün istehsal sahələri qeyri-neft sektoruna aid edilir.

Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycanda sənaye istehsalı da normal deyil. Bunun səbəbi də əsas sənaye istehsalının neft olmasıdır. Həmçinin qeyri-neft ixracının 20 faizi də neft sənayesinə aid olan köməkçi sənayelərdir. Buna görə də ölkəmizdə qeyri-neft ixracı aşağı səviyyədədir.

Toğrul Maşallı: “Bu sahələrə heç bir investisiyların yatırılmaması nəticəsində bütün sənaye sahələri inkişafdan qaldı”.

Müstəqillik illərinin əvvələrində Azərbaycanda bütün sənaye sahəıəri digər respublika sənayeləri ilə sıx bağlı idi. Sonradan isə bu münasibətlər qorunub saxlanılmadı. Azərbaycanda neft erası başladı. Eyni zamanda da sənayeyə dövlət tərəfindən heç bir dəstək olmadı. Həmçinin bu sahələrə heç bir investisiyların yatırılmaması nəticəsində bütün sənaye sahələri inkişafdan qaldı.

Neftdən gələn gəlirlərlə bu sahələri dirçəltmək olardı. Amma təəssüflər olsun ki, hökumət bunu etmədi. Ölkəyə gələn investisiya neft sənayesinə və tikintiya yatırıldı. Nəticə etibarı ilə də qeyri-neft sənayesi inkişaf etmədi”.

Nərminə UMUDLU
pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar