Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan qədim neft ölkəsidir

Qədim dövrlərdən neft diyarı kimi tanınan Azərbaycan quruda və kontinental şelfdə neft və qaz kimi təbii sərvətlərə, neftin hasilatı və emalı sahəsində zəngin tarixə malikdir.

Müasir mərhələdə respublika iqtisadiyyatının inkişafı Xəzər dənizinin və Abşeron yarımadasının zəngin karbohidrogen ehtiyatlarının uğurla işlənilməsi ilə qırılmaz surətdə bağlıdır. Azərbaycandan neft ixracı haqqında ilk yazılı məlumat X əsrə, artıq Abşeron yarımadasında 10-12 metrədək dərinlikdə quyuların olduğu vaxtlara aiddir.

Şərq tacirləri Bakıdan nefti Mərkəzi Asiya ölkələrinə, rus tacirləri isə Həştərxana və oradan da Qərbi Avropa ölkələrinə aparırdılar. XIX əsrin birinci yarısından etibarən Rusiya Cənubi Qafqazda və Xəzər dənizi hövzəsində siyasi və iqtisadi mövqeyini möhkəmlətməyə başladı. Rusiyanın iqtisadi hökmranlığı dövründə Bakıda 72 neft quyusu, habelə Xəzərin şərq sahili boyunca bir sıra digər neft mənbələri vardı. 1843-cü ildə Bakı rayonunda 3,4 milyon kiloqram “qara neft”, 14,1 milyon kiloqram “af neft” hasil edilmişdi.

Ötən əsrin 50-ci illərinin ortalarınadək Azərbaycan SSRİ-nin əsas neft hasilatı regionu olaraq qalırdı. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan nefti Böyük Vətən müharibəsi dövründə düşmən üzərində qələbədə olduqca böyük rol oynamışdır. Müharibənin birinci ilində SSRİdə istehsal edilmiş 32 milyon ton neftin 23,5 milyon tonu Bakı neftçilərinin payına düşürdü.

Azərbaycan neftçilərinin nailiyyətlərindən, dünyada neftçıxarmanın tərəqqisində onların rolundan danışarkən iqtisadiyyatın bu sahəsinin inkişafının imkanlarını çox-çox illər əvvəlcədən görmüş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin görkəmli rolunu xüsusi vurğulamaq lazımdır. Onun səyləri nəticəsində 1970-1980-ci illərdə neft sənayesinin inkişafı üçün önəmli addımlar atıldı.

Bu sahənin inkişafı üçün Azərbaycana müxtəlif müasir texniki avadanlıqlar, üzən qazma qurğuları, xüsusi təyinatlı gəmilər və s. gətirildi. Ilk olaraq “Günəşli” yatağı kəşf olundu. Neft sənayesinin inkişaf proqramı şərçivəsində Dərin Özüllər Zavodu inşa edildi. Müstəqillik illərində kəşfiyyat işlərinin miqyası artırıldı. Daha sonra ”Azəri-Çıraq-Günəşli” yataqlar blokunun dərinlikdəki hissəsi kəşf olundu. Nəhayət, 1994-cü il sentyabrın 20-də Azərbaycanda tarixi hadisə yaşandı. Bakıda “Gülüstan” Sarayında “Əsrin Müqaviləsi” imzalandı.

Bu saziş müstəqil Azərbaycanın yeni tarixinin şanlı səhifəsini açdı, müstəqil dövlətimizin neft strategiyasının və doktrinasının əsası qoyuldu. 1998-ci ildə neftimiz Bakı-Novorossiysk kəməri ilə Qara dənizə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə Supsa limanına ixrac edilməyə başlandı. Nəhayət ki, 2006-cı ilin mayında Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri vasitəsilə Ceyhan limanına çatdırıldı.

Müstəqillik dövrünə qədər çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi. Biz o vaxt müstəqil ölkə olsaydıq, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi. Dövlətimizin başçısı İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi çərçivəsində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində Azərbaycanın müstəqillik tarixində qazandığı uğurlara diqqəti yönəldərək bildirmişdir ki, bu gün Azərbaycan nefti tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir. İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir.

Ölkəmizdə aparılan infrastruktur siyasəti, infrastruktur layihələrinin icrası nümunə göstərilir”. İndi Azərbaycan dünyanın bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir, öz iqtisadi inkişaf səviyyəsinə dünyada qabaqcıl yerlərdədir. Ölkə rəhbərinin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində neft gəlirləri qorunur, düzgün idarə olunur, ölkənin abdadlaşdırılması, infrastrukturun təzələnməsi, xalqın rifahının yüksəldilməsi və ordunun gücləndirilməsi üçün istifadə olunur.

Prezident İlham Əliyev bildirmişdir ki, “Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaqdır”. Neftdən alınan gəlirlər ölkənin inkişafı, onun çiçəklənməsi, əhalinin sosial vəziyyətinin yüksəlməsinə yönəldilir. Azərbaycanın bütün rayonlarında geniş abadlıq-quruculuq işləri aparılır, Bakının bütün qəsəbələri abadlaşdırılır, tarixi abidələr bərpa edilir, insanlar üçün daha yaxşı şərait yaradılır, insanları narahat edən bütün problemlər həllı istiqamətində işlər görülür.

Dünyanin bütün ölkələrində böyük fəsadlara səbəb olan koronavirus pandemiyasına baxmayaraq Azərbaycanda sosial yonumlü layihələr dayandırılmamış, əksinə inkişaf etdirilməkdədir. Ölkədə Ekoloji layihələrin həyata keçirilməsi davam edir. Abşeron yarımadasında neft gölməçələrinin təmizlənməsi işi gedir. Heydər Əliyev neftayırma zavodunda yenidənqurma işləri son mərhələyə qədəm qoyub. Ekologiyanın sağlamlaşdırılması üçün atılan addımlar xalqın, gələcək nəslin sağlamlığı üçündür.

Ən vacibi isə bu günkü Azərbaycanda cənab Prezidentin tələbi ilə “qara qızıl” insan kapitalına çevirilir, birbaşa olaraq vətəndaşlara xidmət edir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Borrell Fələstinin Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib

Ən çox oxunanalar