Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Qarabağda anti-terror əməliyyatına hazırlaşır? - Açıqlama

Ötən il noyabrın 10-da Rusiya, AzərbaycanErmənistan tərəfindən imzalanan, bütün hərbi fəaliyyətlərin dayandırılmasını özündə ehtiva edən üçtərəfli bəyanatın müddəaları rəsmi Yerevan tərəfindən yenə pozulur. Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti beynəlxalq hüququn norma və prinsiplərinə, insan hüquqlarının əsas prinsiplərinə zidd olaraq Azərbaycanın ərazilərində - Xocalı, Xankəndi və Xocavəndə hərbi xidmət üçün göndərilir. Xarici kütləvi informasiya vasitələri nümayəndələrinin Yerevanda müdafiə nazirliyinin önündə toplaşan əsgər valideynlərindən aldığı müsahibələrdən aydın olur ki, erməni hərbi çağırışçılar mülki şəxs adı altında Qarabağa daşınır. Övladlarının gizli yolla Qarabağda xidmətə cəlb edilməsinə etiraz edən valideynlər buna görə Paşinyan hakimiyyəti ünvanına sərt fikirlər səsləndirirlər. Azərbaycan Xarici İşlər Nazirliyi də erməni hərbi qulluqçuların mülki şəxs adı altında Ermənistandan Qarabağa daşınmasına etiraz bildirib, bununla bağlı bəyanat yayıb. Bütün bunların fonunda Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təxris olunmuş hərbçiləri təkrar səfərbərliyə cəlb etməsinə dair məlumatlar da yayılmaqdadır.

Maraqlıdır, baş verən hadisələr onu deməyə əsas verirmi ki, Azərbaycan Qarabağda növbəti anti-terror əməliyyatına hazırlaşır?

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Yenisabah.az-a açıqlamasında qeyd edib ki, Qarabağda anti-terror əməliyyatı ola bilər:

“Çünki bu, məhdud əməliyyatdır, yəni irimiqyaslı müharibə demək deyil. Antiterror əməliyyatı bir şəxsə və ya bir qrup şəxsə qarşı yönəlmiş olur. Ona görə də səsləndirilən fikirlər müəyyən dərəcədə doğrudur”.

Səfərbərlik məsələsinə gəldikdə isə həmsöhbətimiz Azərbaycan Ordusunun kifayət qədər qüvvəsinin olduğunu və anti-terror əməliyyatı üçün belə bir addıma ehtiyac yaranmayacağını diqqətə çtdırıb:

Azərbaycan Ordusunun lazımi qüvvəsi var ki, bu məsələni səfərbərlik olmadan həll etsin. Anti-terror əməliyyatını, adətən, xüsusi təyinatlı dəstəmiz həyata keçirir. Lakin hazırda əsas olan odur ki, anti-terror əməliyyatından daha çox diplomatiya güclü işləsin və Laçın dəhlizinin başındakı sərhəddə biz nəzarət edə bilək. Neçə ki biz o sərhəddə nəzarət edə bilməyəcəyik, belə hallar kütləvi şəkildə olacaq”.

Ekspertin sözlərinə görə, Qarabağda genişmiqyaslı əməliyyat o səbəblə mümkün deyil ki, orada Rusiya sülhməramlıları var:

“Müharibənin başlaması üçün gərək, Rusiya sülhməramlıları oradan tamamilə çəkilib getsin. Anti-terror əməliyyatı ola bilər, amma müharibə sülhməramlıların dövründə olmayacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar