Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan prezidentinin babasının təhsilinə Hacı Zeynalabidin Tağıyev necə kömək edib

Azərbaycan prezidenti İlham Əliyevin babası Əziz Əliyevin təhsil almasına Bakı milyoneri, milli mesenant Hacı Zeynalabidin Tağıyevin ciddi dəstəyi olub

Bu barədə tarixçi –yazar Teyyub Qurbanın "Yüz tələbə yüz tale" kitabında yazılıb. Həmin parçanı olduğu kimi təqdim edirik.

Azərbaycanın görkəmli dövlət xadimi Əziz Əliyev 1951-ci ildə Azərbaycan SSR Nazirlər Sovet sədrinin müavini vəzifəsində işləyərkən Hacı Zeynəlabdin Tağıyevin yaxşılığından dəst-xəttilə yazdığı tərcümeyi-halında bunları xatırlayırdı: " 1917-ci ildə bütün fənnlərdən "5" qiymət almaqla gümnaziyanı qızıl medalla bitirdim. Təhsili davam etdirmək üçün vəsaitin olmadığına görə, maddi yardım üçün o vaxt Bakı milyoneri Tağıyevə müraciət etdim. O mənə 300 manat miqdarında pul göndərdi. Bu pulun bir hissəsinə anam üçün ərzaq aldım. Qalan hissəsini isə özümlə götürüb Petroqrada getdim. Attestat müsabiqəsi yolu ilə Hərbi-Tibb Akademiyasına daxil oldum" (Teyyub Qurban, "Yüz tələbə yüz tale" kitabından).

Qeyd edək ki, kitabdan bu parçanı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkədə yayıb.(musavat.com)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar