Çərşənbə axşamı, 01 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Azərbaycan Prezidenti: "Struktur islahatları, siyasi, iqtisadi islahatlar və şəffaflıq ölkəyə böyük faydalar gətirir"

"Biz dəfələrlə görüşmüşük. Bu görüşlərin hamısı sizin şirkət və Azərbaycan arasında uğurla inkişaf edən tərəfdaşlığın irəliyə doğru aparılması baxımından faydalı olub. Bilirəm ki, burada həyata keçirmək üçün çoxlu planlarınız olub və bütün planlarınızı reallaşdırmısınız. Sizin şirkətlə hakimiyyət orqanları arasında əməkdaşlıq çox yaxşı səviyyədədir"...

Bunu Prezident İlham Əliyev dekabrın 2-də CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sizin üçün yaxşı tərəfdaşdır. Bildiyiniz kimi, biz gələcəklə bağlı planlarımızı, Azərbaycanın müasirləşdirilməsi, informasiya texnologiyaları sektorunun inkişafı ilə bağlı planlarımızı dəfələrlə müzakirə etmişik. Xüsusən də indi, yəqin ki, siz eşitmisiniz, biz hazırda çox aktiv transformasiya mərhələsindəyik. Struktur islahatları, siyasi, iqtisadi islahatlar, məsuliyyətin gücləndirilməsi ilə bağlı tədbirlər, şəffaflıq - bütün bunlar hamısı ölkəyə böyük faydalar gətirir, həm siyasi, həm də iqtisadi.

Əlbəttə ki, iqtisadiyyatımızın rəqəmsallaşdırılması hazırda bizim gündəliyimizdədir. Bu yaxınlarda Prezident Administrasiyasında aparılan struktur islahatlarından sonra bizim müxtəlif hökumət strukturlarının bu sahədəki fəaliyyətlərini koordinasiya edəcək və özəl sektorun inkişafını asanlaşdıracaq innovasiya departamentimiz var. Biz hazırda həqiqətən çox vacib beynəlxalq platformaya çevrilən “Bakutel” sərgisinin açılışı ərəfəsindəyik. Bu, təkcə sərgi və bu sahədəki əsas şirkətlərin nailiyyətlərinin təqdimatı deyil, həm də işgüzar əlaqələrin gücləndirilməsi baxımından imkandır. Mən ənənəvi olaraq, “Bakutel” sərgisində iştirak edirəm, ilk növbədə, bu məsələnin inkişafı ilə bağlı hökumətin mövqeyini göstərmək baxımından. İkincisi də, bir il ərzində hansı yeniliklərin olduğunu görmək baxımından da mənim üçün maraqlıdır. Çünki zaman çox sürətlə keçir. Bu sektorda dəyişikliklər zamandan da sürətlə baş verir", - dövlət başçısı vurğulayıb.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Şuşa türməsində Dilqəm Əsgərovun şeir dəftəri tapıldı - Foto

Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər" - Foto

Erməni hərbi əsirlər Bakıda parada çıxarılacaq?

“Moskva ona sadiq qalan Bakıya xəyanət etdi” - Şevçenko

Laçın sabah boşaldılmalıdır, amma... – Dəhlizi kim və necə müəyyənləşdirəcək?..

Ruslardan həyəcan təbili: ”Ermənilər tezliklə muxtariyyət istəyəcək...” - Video

Mühasirəyə düşmə videosu yayılan hərbçi Şuşa istiqamətində şəhid olub - Video

İkinci Qarabağ müharibəsindəki itkilərimiz haqqında

Hərbiçilərimizin qüdrətindən dəhşətə gələn emrənilər:"Onların hücumu əzrayılın gəlişi kimi idi"

Zori Balayanın oğlu Şuşa döyüşündən danışdı: “Bu, əfsanəvi əməliyyat idi”

loading...

Ən çox oxunanalar