Bazar, 17 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Azərbaycan Prezidenti: "Beynəlxalq birliyin sülh yolu ilə edə bilmədiyini və ya etmək istəmədiyini güc yolu ilə etdik"

"44 günlük müharibə regionda vəziyyəti dəyişdi".

PİA.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 13-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

"Dediyim kimi, müharibə bitib, biz növbəti səhifəyə keçməliyik. Biz ağrını, yaraları heç vaxt unutmayacağıq. Yaralar heç vaxt sağalmayacaqdır. Biz qəhrəmanlarımızı heç vaxt unutmayacağıq. Lakin, eyni zamanda, biz gələcəyə baxmalıyıq və əraziləri, tam viran qalmış ərazini yenidən qurmalıyıq və biz bunu edəcəyik, artıq bu işlərə başlanılıb. İnfrastruktur layihələri, şəhər planlaması və yenidənqurmanın bir çox digər mühüm elementləri artıq icra olunmaqdadır. Bu il biz bu işlər üçün əsaslı vəsait ayırmışıq.

Beləliklə, biz beynəlxalq birliyin sülh yolu ilə edə bilmədiyini və ya etmək istəmədiyini güc yolu ilə etdik. Azərbaycanın tarixi torpaqlarının azad edilməsi təkcə bizim tariximizdə tarixi hadisə deyil, eyni zamanda, müharibələr tarixində əlamətdar hadisədir. Çünki biz demək olar ki, mümkünsüz kimi görünəni etdik. Zabit və əsgərlərimizin şücaəti və cəsarəti, müvafiq planlama, bütün xalqın sadiqliyi və birliyi ilə bunu etdik", - deyə Prezident İlham Əliyev qeyd edib. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ermənistan parlamentinin sədri agent olub – Keçmiş səfir sənəd paylaşdı

Rusiya Azərbaycan üzərindən Ermənistana hərbi yük daşıyır...

Koronavirusdan da betər epidemiya yayılıb” - Rusiyalı həkim

Sabahdan bu müəssisələrdə vaksinasiya aparılacaq - Siyahı

“Elə bir ənənə yaranıb ki, kim rəhbərliyə pul verir, onu efirə aparıcı kimi çıxarırlar...”

“Rusiya sülhməramlıları Azərbaycanın suverenliyini pozurlar“ - Nazir

İranın buraxdığı uzaqmənzilli raketlər Amerika təyyarədaşıyanının həndəvərinə düşdü

Azərbaycanda Xalq artistinin brilyantlarını oğurlayıblar

Rusiya azərbaycanlı köçkünlərin Xankəndiyə qayıdışına mane olmağa çalışır?

loading...

Ən çox oxunanalar