Çərşənbə, 21 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Azərbaycan Prezidenti Administrasiyasının nümayəndəsi İsrailə təşəkkür edib - “Israel HaYom” qəzeti

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib: “Biz İsrail həkimlərinə, İsrailə çox minnətdarıq. Bu, bizim dostluğumuzun və əməkdaşlığın sübutudur”

PİA.az xəbər verir ki, israilli jurnalist Din Şmuel Elmas bu haqda İsrailin aparıcı ivritdilli nəşri olan “Israel HaYom” qəzetində yazıb.

Nəşrdə İsrailin Bakıdakı səfiri Corc Dikin sözləri də sitat gətirilib. Səfir deyib: “Bu, bizim aramızda mövcud olan dostluğun ruhunu əks etdirir”.

Məqalənin müəllifi qeyd edir ki, ötən həftənin bazar ertəsi günü səfir Corc Dik başda olmaqla, İsrailin Azərbaycandakı səfirliyi tibbi yardım göstərilməsi üzrə fövqəladə əməliyyat həyata keçirib. Dağlıq Qarabağda Vətən müharibəsi zamanı yaralanmış Azərbaycan əsgərlərinə və zabitlərinə ən azı 150 əməliyyat aparılması və onların müalicəsinin həyata keçirilməsi məqsədilə israilli oftalmoloqların və plastik cərrahların Azərbaycana səfərləri təşkil edilib.

Cümə günü Azərbaycan hökumətində yüksəkvəzifəli şəxslərdən biri, Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində İsrail həkimlərinə minnətdarlığını və hörmətini bildirib.

Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb: “Bu, çox əlamətdar hadisədir. Bizim yaralı əsgərlərimizə və zabitlərimizə real tibbi yardım göstərmiş tibbi personala və İsrail səfirliyinə dərin minnətdarlığımızı bildiririk. Bu, ölkələrimiz arasında dostluğun sübutu və təcəssümüdür”.

Hikmət Hacıyev öz “tvit”ini yəhudi mənbələrindən bir sitatla bitirib: "Bir insanı xilas edən şəxs dünyanı xilas edir”.

Məqalənin müəllifi qeyd edir ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik dünən öz “Twitter” səhifəsində belə bir mesaj yerləşdirib:

"Bu, İsrail ilə Azərbaycan arasında dostluğun ruhunu əks etdirir. Biz bu insanların möhkəm sağlamlığını, özünə əminlik hissini və öz Vətənində – Azərbaycanda normal və layiqli yaşamaq qabiliyyətini qaytarmaq istəyirik”.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sülhməramlıların hərbi parad keçirməsi beynəlxalq qaydalara nə qədər uyğundur?..

Ramiz Mehdiyevin işdən çıxardığı əməkdaş başqa vəzifəyə təyin olundu

Vilyam Hacıyevin ailəsi 124 manata kirayə yaşadığı yataqxanadan çıxarıldı - Foto

Azərbaycanın KTMT-yə üzvlüyü qaçılmaz bir məcburiyyətə çevrilə bilərmi? - Müsahibə

"Kurtlar vadisi"nin "Güllü"sü Hərbi Qənimətlər Parkında - Foto

Rüşvətə görə həbs edilən icra başçısının əmlakına həbs qoyulub

İlham Əliyev pambıq tarlasında səpin prosesini izlədi - Yenilənib, Fotolar

Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müraciət qaydası dəyişir

Mehdiyev Ziya Məmmədovun qardaşını işdən çıxarıb? – Açıqlama

Natiq Cəfərli Tofiq Yaqubluya: “Qağa, vallah bu siyasət sənlik deyil“

Ən çox oxunanalar