Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan parlamenti hökumətə nəzarət edə bilmir” – Partiya sədri

Təkamül Partiyası qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətindədi

PİA.AZ bildirir ki, bu barədə Reyting.az-a partiyanın sədri, iqtisadçı-alim Teyyub Əliyev məlumat verib.

O bildirib ki, seçkidə mütləq iştirak edəcəklər: “Nəticənin necəliyini nəzərə almadan, seçkidə mütləq iştirak edəcəyik. Ancaq mövcud reallıqda müxalifət liderlərinin, müxalif partiya üzvlərinin seçkilərdə qələbə qazanması mümkün görünmür”.

Müsahibimiz təəssüflə bildirib ki, parlamentin fəaliyyəti bir vətəndaş və partiya sədri kimi onu qane eləmir: “Parlamentin heç bir nəzarətedici - Hesablama Palatasının büdcə vəsaitlərinə nəzarət etmək səlahiyyəti istisna olmaqla, - funksiyası yoxdur. İldə bir dəfə formal olaraq hökumətin hesabatını dinləməkdən başqa, onun fəaliyyətinə nəzarət edə bilmir. Parlament heç öz qəbul etdiyi qərarların, qanunların yerinə yetirilməsinə nəzarət etməyi bacarmır”.

T. Əliyev qeyd edib ki, Azərbaycan parlamentinin ciddi fəaliyyət orqanına çevrilməsi üçün ilk növbədə Konstitusiyada dəyişikliklər edilməli, proporsional seçkilər keçirilməli, parlamentli respublikaya çevrilməliyik və hökumət parlametdə təmsil olunan partiya üzvlərindən formalaşmalıdır.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar