Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Parisdə keçirilən “Çay şəhərciyi”ndə təmsil olunur

Azərbaycan Fransanın paytaxtında təşkil olunan “Parisdə beynəlxalq çay kəndi” (“Village des thés”) beynəlxalq festivalda təmsil olunur...

“Report” un Fransa bürosu xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC-nin tədbirdə iştirakı Azərbaycanın Fransadakı səfirliyi, Fransada Azərbaycanın Dostları Assosiasiyası, eləcə də Paris Azərbaycan Evi təşkilatının dəstəyi ilə baş tutub.

“Parisdə çay kəndi” festivalında iştirakın əsas məqsədi Azərbaycan çay mədəniyyətinin, yerli istehsal olan qida məhsullarının, o cümlədən “Kənddən Şəhərə” brendi altında qablaşdırılan Zaqatala çayının ölkədən kənarda tanıdılması və yeni beynəlxalq əlaqələrin yaradılmasıdır.

Parisdə Saint Sulpice meydanında keçirilən beynəlxalq festivalda Zaqatala çayı ilə bərabər digər yerli çay növləri, həmçinin çaya əlavə edilən yerli ədviyyatlar, müxtəlif şirniyyatlar və quru meyvələr sərgilənir. Festivalda Zaqatala çayının və digər ədviyyatlı çayların, qida məhsullarının dequstasiyası da təşkil olunur.

Festival çərçivəsində “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətin nümayəndə heyəti ixrac potensialı böyük olan yerli istehsal məhsulların ixracına dəstək məqsədi ilə müxtəlif görüşlər keçirir. 10-dan çox ölkənin iştirak etdiyi Beynəlxalq Çay Şəhərciyi sentyabrın 29-dək davam edəcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar