Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Ordusunun uğurlu Horadiz əməliyyatından 26 il ötür

Bu gün Azərbaycan Ordusunun uğurlu Horadiz əməliyyatından 26 il ötür

Trend-in məlumatına görə, ümummilli lider Heydər Əliyevin komandanlığı altında 1993-cü ilin dekabrından başlayaraq yanvarın 6-dək davam edən əməliyyat nəticəsində Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçdi.

1993-cü il oktyabrın sonlarında erməni hərbi birləşmələri Azərbaycan-İran sərhədində yerləşən Horadizi ələ keçirmiş, bununla da Zəngilan rayonu ilə əlaqəni kəsmişdilər. Lakin həmin ilin dekabrında erməni silahlı dəstələri Füzuli şəhərinin şərq istiqamətində hərəkət etməyə cəhd göstərsələr də, güclü müqavimətlə qarşılaşıb geri çəkilməyə məcbur oldular. Bundan sonra Azərbaycan Ordusu üç istiqamətdə hücuma keçdi. Dekabrın 15-də Azərbaycan hərbçiləri dərhal 5 istiqamətdə – Füzuli, Xocavənd, Ağdam, AğdərəKəlbəcər - hücuma keçdilər. Bu hücum erməniləri Ağdərənin bir sıra yaşayış məntəqələrini tərk etməyə məcbur etdi. Azərbaycan hissələrinin Horadizə əsas zərbələri Dağlıq Qarabağın cənub-şərqində, Beyləqan rayonundan gəlirdi. Hərbçilərimiz düşmənin müdafiəsini dağıdaraq top və raket zərbələri altında Füzuli rayonunun daxilinə irəliləməyə başladılar. 1994-cü il yanvarın əvvəlində hərbçilərimiz 11 qəsəbə və Azərbaycan-İran sərhədi boyunca 40 km uzunluğunda ərazini ələ keçirdilər.

Horadiz əməliyyatında iştirak edən 702-ci briqada yanvarın 5-də bir gün ərzində qənimət kimi 3 tank, 1 ədəd "Şturm-S", 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürdü. Düşmən ağır itkilər verərək və cəsədlərini döyüş meydanında qoyaraq geri çəkildi.

Yanvarın 6-da 702-ci alay düşmənin müqavimətini qıraraq qərbdə Cəbrayıl, Qubadlı, Zəngilan rayonları və şimalda Füzuliyə gedən yolların mühüm kəsişməsində yerləşən Horadizə daxil oldu, qəsəbəni, Horadiz dəmiryol stansiyasını və Araz çayı üzərində strateji Xudafərin körpülərini ələ keçirdi, Horadizə Azərbaycan bayrağını sancdı.

Horadiz əməliyyatı nəticəsində Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, ümumilikdə 21 min hekrat ərazi Azərbaycanın nəzarətinə keçdi.

Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ilin qışında keçirdiyi ən uğurlu əməliyyat oldu. Əməliyyat zamanı misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar