Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan ordusunun uğurlu əks-hücumu Kəlbəcərdəki qızıl yatağını işlədən Rusiya şirkətini də “vurdu"... 

"Ermənilər əslində bu xəbərlə Rusiyanı onlara kömək etməyə şirnikləndirməyə çalışırlar..."

Bir qədər öncə xəbər verdiyimiz kimi, işğal altındakı KəlbəcərErmənistan ərazilərindəki Zod qızıl yatağı fəaliyyətini dayandırıb. 

Moderator.az-ın araşdırmasından bəlli olub ki,  Ermənistan mediası  həmin yataqların bilavasitə Rusiya kapitalı ilə fəaliyyət göstərdiyini etiraf edib. 

Belə ki,  xəbərdə deyilir: “Azərbaycan ordusunun başlatdığı müharibə səbəbi ilə Rusiyanın “GeoProMining Gold Company” şirkəti tərəfindən idarə olunan Zod qızıl mədənində bütün növ işlər dayandırılıb.

“GeoProMining Gold”-un rəhbəri Ruzanna Qrigoryanın dediyinə görə, mədəndə işlər bazar günü səhər, döyüş əməliyyatları başlayandan bəri dayandırılıb.  "Şirkət rəhbərliyi işçilərin təhlükəsizliyini təmin etmək üçün işi dayandırıb.  Mədən ərazisini atəşə tutma təhlükəsi qaldıqca, mədəndəki işlər davam etməyəcək"-R. Qrigoryan belə deyib.

Xatırladaq ki, əslində hazırda həm Ermənistanın Basarkeçər, həm  də Azərbaycan Respiublikasının Kəlbəcər rayonunda olan  yataq bütövlükdə Rusiya-Ermənistana xidmət edir. Yəni adı çəkilən Rusiya şirkəti  Kəlbəcərdəki qızıl yatağını da istismar edir.

Qısa arayış:

Zod yatağı - Azərbaycan Respublikasının KəlbəcərErmənistan Respublikasının Basarkeçər (Vardenis) rayonlarının sərhəddində yerləşir. Yataq 1951-ci ildə «Qafqazqızılkəşfiyyat» İdarəsi tərəfindən aşkar olunmuş, yatağın əksər hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq naməlum səbəblərə görə kəşfiyyat işləri Ermənistan SSRİ Geologiya İdarəsi və Ermənistan Əlvan Metallurgiya İdarəsi tərəfindən aparılmışdır. Yatağın 23 filiz damarından cəmi 7-nin Ermənistan ərazisində yerləşməsinə baxmayaraq keçmiş SSRI Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və xəritələrdə bilərəkdən saxtakarlığa yol verilmiş, Zod yatağının bütövlükdə Ermənistana aid olması qəbul edilmişdir. Yatağın istismarına 1976-cı ildən başlanmışdır. 

Yatağın Azərbaycanın  Kəlbəcər rayonu ərazisində yerləşən əsas hissəi Söyüdlü – Zod qızıl yatağı adlanır. Söyüdlü – Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. Zod qızıl yatağının istismarı eramızın III minilliyinə təsadüf edir. Söyüdlü sahəsində 1970 – 80 ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağara¬lar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4-5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə “Şəhrizər”, yəni qızıl şəhəri adı ilə məşhur olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir ki, işğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 28-ci ildir ki, Ermənistan respublikası tərəfindən talan edilir.

P.S. Ermənilər əslində bu xəbərlə Rusiyanı onlara kömək etməyə şirnikləndirməyə çalışırlar...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar