Bazar ertəsi, 23 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Azərbaycan ordusunun uğurları təkcə dronlarla bağlı deyil...” - Pol Qobl

ABŞ dövlət katibinin keçmiş müşavirlərindən Pol Qobl “Kavkazskiy uzel” saytına müsahibəsində deyib ki, Azərbaycan şəhərlərinin Ermənistan tərəfindən artilleriya və raket atəşlərinə tutulması Bakını cavab reaksiyası üçün təxribata çəkmək və Moskvanı münaqişəyə cəlb etmək məqsədi güdür.

Keçmiş sovet məkanı üzrə ekspert kimi tanınan Pol Qobl bildirib ki, Azərbaycanın təmas xəttindən aralıda olan dinc əhalisi üzərinə hücumlar son dərəcə təhlükəlidir: "Yerevan başa düşməlidir ki, Azərbaycan onun bu hərəkətlərindən sonra erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasına ikiqat səylə çalışacaq. Məncə, Ermənistan bu addımı ona görə atır ki, Azərbaycanı cavab tədbirləri üçün təxribata çəksin. Yerevanın fikrincə, Azərbaycanın cavab tədbirləri Moksvanı münaqişə cəlb edəcək və Rusiya Ermənistana dəstək verəcək. Bu ondan xəbər verir ki, Yerevan öz mövqelərinin zəiflədiyini görür və özünümüdafiə məqsədilə “vabank” gedişi edir”.

Pol Qobl Qarabağ münaqişəsinibn çözümü tarixində 1992-ci ildə təklif etdiyi planla qalıb.

“Qobl planı” kimi tanınan bu sənəd Azərbaycana Meğri ərazisindən Naxçıvana, Dağlıq Qarabağa isə Laçin rayonu ərazisi ilə Ermənistana dəhliz verilməsini nəzərdə tuturdu.

Qobl 2019-cu ildə bu planla bağlı media suallarına cavab verərkən bildirmişdi: "Mən bu ideyanı postsovet zəmanəsinin dan yeri söküləndə vermişdim. Düşünürəm ki, bu plan o vaxt işləyə bilərdi. Amma indi o vaxtdan bəri bu planı mümkünsüz edən çox hadisələr baş verib...”

Qobl oktyabrın 10-da tərəflər arasında əldə edilmiş atəşkəsə də toxunub: "Burada qeyd etmək çox mühümür ki, Moskvada atəşkəsə dair əldə olunmuş razılaşmaya görə tərəflər atəşi dayandırmalı idilər. Amma qüvvələr arasında yeni təmas xətti sonrakı danışıqlar zamanı müəyyən edilməlidir. Bu mənada YerevanBakı razılaşma çərçivəsində, yəni rasional hərəkət edirlər. Bu da nəzərə alınmalıdır ki, tərəflər danışıqların Moskvada müəyyən olunmuş xəttinə əməl etmirdilər”.

Politoloqun fikrincə hazırda münaqişə tərəfləri, dronlar da daxil, daha müasir silahlanıblar:"Azərbaycan ordusu çox yaxşı hazırlıqlıdır və həmişə bu məntiqdən çıxış edib ki, o öz məqsədlərinə sponsorsuz, müstəqil şəkildə çatmağa hazır olmalıdır. Ermənistanda hesab edirlər ki, Moskva Bakıya son dərəcə aqressiv hərəklət etmək imkanı verməyəcək. Taktiki hərəkətlərə gəldikdə isə, hazırda Azərbaycan şimal və cənubdan eyni vaxtda irəliləməklə Dağlıq Qarabağı “kəlbətinə” salaraq sıxır. Və bu, münaqişədə yeni dönüşdür. Bakı hücumun davam etdirilməsi naminə yaxşı möhkəmləndirilmiş mövqelərdən yan keçir”.

Bununla belə Qobl düşünmür ki, Azərbaycanın uğurları yaklnız drionlarla bağlıdır: "Şübhəsiz ki, dronlar Azərbaycana ömək edir. Lakin Azərbaycanın uğurunu təkcə bu, müəyyən etmir. Səbəb Azərbaycan ordusunun digər növdən olan silahlarında, habelə zabit və əsgərlərin hazırlığında və ruh yüksəkliyindədir. Onlar hiss edirlər ki, hazırda Cənubi Qafqazda qüvvələr balansını dəyişmək mümkündür və bu şansı əldən buraxmaq niyyətində deyillər”.

“Kavkazskiy uzel” yazır ki, dronlardan təkcə Azərbaycan ordusu istifadə etmir. Azərbayvcanın Müdafiə Nazirliyinin məlumatına görə Ermənsitanın iki dronu məhv edilib, daha ikisi tutulub. (AzPolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

FHN işçiləri gəldi, xalq artisti evində yıxılı vəziyyətdə tapıldı...

Putin və Makronun qəfil və şübhəli birliyinin arxasındakı plan - Qarabağ gizlinləri

Ordumuz şəhid verdi, bir sülhməramlı, dörd erməni hərbçi yaralandı

Nobel mükafatçısı Gəncədə valideynlərini itirmiş 3 yaşlı Xədicəyə yardım ayırdı

Silahlı keşişin xahişi: Kəlbəcərdə saxlanılan post

Lavrov və Şoyqunun Ermənistana səfərindən sonra Putinin Qarabağ açıqlamasının pərdəarxasında nələr var?

Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub

Kreml Qarabağdakı missiyasına aydınlıq gətirməlidir: Sülh yaradır, yoxsa separatizmi qoruyur?

loading...

Ən çox oxunanalar