Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan Ordusunun son qabiliyyətləri çox yüksək qiymətə layiqdir”

"Azərbaycan Silahlı Qüvvələri dünyanın ən qüdrətli 50 ordusu sırasındadır"

Bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov xidmətin yaranmasının 7-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

O əlavə edib ki, Azərbaycan Ordusunun möhtəşəm qələbələri də bunu sübut edir: "2016-cı ilin aprelində Ermənistanın növbəti hərbi təxribatı ilə üzləşən Ordumuzun əks-hücuma keçərək Ağdərə, Cəbrayıl, Füzuli rayonlarının iki min hektar ərazisini işğaldan azad etməsi, 2018-ci ilin mayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisini düşmən nəzarətindən çıxarması deyilənləri bir daha təsdiqləyir. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində biz 11 min hektar torpağa tam nəzarət edirik. Bu, çox uğurlu əməliyyat idi. Eyni zamanda, əldə edilmiş yüksəkliklər strateji xarakter daşıyır.

Bu yüksəkliklər Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək üçün bizə imkan yaradır. Yəni, bu hadisə – Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək. Döyüş qabiliyyətimizlə bağlı keçən il aparılan işlər, əlbəttə ki, çox yüksək qiymətə layiqdir”.(report.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar