Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan ordusu rus hərbi sənayesinin imicini məhv etdi: Ovçunu ovla ovladı

Azərbaycan Ermənistan ordusuna məxsus radioelektron müdafiə (REM) sistemini məhv edib. Ovqat.com xəbər verir ki, məlumatı Rusiyanın Avia.pro portalı yayıb.
 
Portalın məlumata görə, Rusiyanın qabaqcıl texnologiyaları əsasında hazırlanmış "Repellent" REM sistemi dron hücumu nəticəsində aradan qaldırılıb. Maraqlıdır ki, dronlara qarşı mübarizə aparmaq üçün hazırlanmış REM sistemi ona hücum edən vasitəni aşkarlaya və zərərsizləşdirə bilməyib. Bir sözlə, Azərbaycan hərbçiləri Rusiyanın ən müasir REM sistemi kimi təqdim olunan "Repellent" aparatını özünün “ovu”yla sıradan çıxararaq, əslində həm də rus hərbi sənayesinin nüfuzunu “beşqəpiklik” edib.
 
Məlumatda həmin REM-in harada vurulduğuna dair informasiya verilmir. Amma bir neçə ay əvvəl media qurumlarında yayılan xəbərlər bu barədə bəzi ipucları ehtiva edir. Belə ki, bu ilin yanvar ayında Ermənistan ordusunun Rusiyadan kiçik ölçülü pilotsuz uçuş aparatları ilə mübarizə üçün nəzrədə tutulan “Repellent-1” radioelektron mübarizə kompleksləri aldığı və onları işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirdiyi bildirilirdi.

Məlumata görə, “Repellent-1” stansiyası Ağdərə rayonu ərazisində qurulmuşdu.
 
“Repellent-1” stansiyası kiçik ölçülü PUA-ların radiorabitə kanallarının radiomaneələrin tətbiqi ilə boğulması və idarəetmənin ələ keçirilməklə zərərsizləşdirilməsi üçün nəzərdə tutulur.
 
Ermənistan həmin stansiyaları 2017-ci ildə sifariş vermişdi. 
 
Son günlər hərbi əməliyyatların əsasən Ağdərə ətrafında yoğunlaşması vurulan REM sisteminin də məhz həmin aparat ola biləcəyindən xəbər verir.

Azərbaycan hərbi qüvvələrinin sözügedən REM-i sıradan çıxarması Ağdərədə dron uçuş və əməliyyatlarının daha rahat həyata keçirilməsinə şərait yaradacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar