Çərşənbə, 12 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Azərbaycan Ordusu ermənilərin daha bir postunu ələ keçirdi - Foto

Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlələri nəticəsində Ermənistan ordusunun hücum cəhdinin qarşısı alınıb...

Xəbər verdiyimiz kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlələri nəticəsində Ermənistan ordusunun hücum cəhdinin qarşısı alınıb.

Tovuzdan olan jurnalist Siyavuş Əmirli isə Azərbaycan Ordusunun ermənilərin daha bir postunu ələ keçirdiyini bildirib: "Daha bir sevindirici xəbər .Tovuz rayonu istiqamətində düşmənə ağır zərbələr endirən Azərbaycan ordusu Tavuş rayonunun Movses kəndi ərazisində Ermənilərin daha bir postunu ələ kecirdib. Movses kəndi Tovuzun Əlibəyli kəndi ilə həmsərhəddir. Yaşa mənim ordum!"

Xatırladaq ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Ermənistan mediasında və sosial şəbəkələrdə yer alan məlumatlarda isə Azərbaycan Ordusu tərəfindən 31 erməni hərbçisinin məhv edildiyi yazılıb. Onlardan 7-nin zabit olduğu deyilir. (pravda.az)

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

15 yaşlı qızı hamilə buraxan müəllimə inanılmaz "ağır cəza" kəsildi - 1 il həbs

“Putin dəfələrlə Ərdoğanla Qarabağ haqda danışıqdan yayındı, bu dəfə isə...”

Övladlarına ildə 300 min dollar xərcləyən deputat: “Qısqanclıqla yanaşmaq doğru deyil”

Gərginlik: Ramin Bayramlı Rüfət Quliyevlə nəyi paylaşa bilmir?

İşgəncə görüntülərilə bağlı daha bir açıqlama

Baş nazir: “Biz sizin üçün banan ölkəsi deyilik”

Rayonlara gediş-gəliş gələn həftədən bərpa edilir? — TƏBİB-dən açıqlama

Karantin rejimi yenidən sərtləşdirilə bilər — Açıqlama

"Bir mərdimazarın şantajının qurbanı oldum" - Samir Piriyev

"Bandotdel"də monitorinq keçirildi - Rəsmi açıqlama verildi

loading...

Ən çox oxunanalar