Cümə axşamı, 09 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Azərbaycan növbəti devalvasiyanın kandarında – İqtisadçı xəbərdarlıq edir

“Manata təzyiqlər artır. Manata təzyiqlərin artımını aşağıdakı trendlərlə müəyyənləşdirmək mümkündür”...

PİA.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğu yazıb.

O, manata təzyiqləri aşağıdakı trendlərlə təsnifləndirib:

1. Ötən il xarici ticarət dövriyyəsinin müsbət saldosu və tədiyə balansının cari hesabının profisiti əvvəlki illə müqayisədə azalıb. Belə ki, 2019-cu idə 2018-ci illə müqayisədə xarici ticarət balansının müsbət saldosu 3 mlrd. Dollar azalıb. Cari ildə də həmin tendensiya davam edir. İxrac gəlirləri azalır, idxal xərcləri artır.

2. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirləri 7285 mln. dollar proqnozlaşdırılıb ki, bu da 2018-ci ilin müvafiq icra göstəricisindən 29,7 faiz, 2019-cu gözlənilən icra göstəricisindən 30,9 faiz azdır.

3. 2020-ci ildə Azəri-Çıraq-Günəşli yatağında xam neft hasilatının 186,7 milyon barel olması proqnozlaşdırılır ki, bu da 2019-cu ilin göstəricisinə nisbətən 10,4 milyon barel və ya 5,3 faiz az olacaq. Koronavirusun təsirlərindən dünya bazarlarında neftin qiymətlərinin ucuzlaşmasını da nəzərə alsaq valyuta gəlirləri azalır.

4. Mərkəzi Bank rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması qaydalarında etdiyi son dəyişikliyə görə, sahibkarlar idxal müqavilələri üzrə avans ödənişləri müqabilində 730 gün müddətində (əvvəlki müddət 270 gün idi) malların ölkəyə gətirilməsini və ya qabaqcadan ödənilmiş vəsaitin xaricdən geri qaytarılmasını təmin etməlidirlər. Nəzərə alsaq ki, kapitalın ölkədən qaçışının əsas formalarından biri də ticarət kreditlər və avanslarıdır. Bu kapitalın ölkədən qaçmasını sürətləndirəcək.

5. Ölkəyə xarici sərmayələr azalır. 2017-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar $5,7 mlrd, 2018-ci ildə $4,1 mlrd təşkil edib. 2019-cu ilin 9 aylıq yekunlarına görə birbaşa xarici investisiyalar 2,76 mlrd. Dollar olub”.

“Bütün bunlar Azərbaycan manatını ciddi şəkildə təsirləndirəcək. Əgər dünya bazarında neftin qiymətinin ucuzlaşması davamlı xarakter alarsa və uzun müddət çəkərsə, eyni zamanda Koronavirusun yayılması səbəbindən Azərbaycanla Rusiya, İran və Türkiyə arasında ticarət münasibələri pisləşərsə, o halda manatın devalvasiyası qaçılmaz olacaq. Bununla yanaşı Azərbaycanın başlıca ticarət tərəfdaşlarının milli valyutasının dəyərsizləşməsi manata təzyiqi daha da artıracaq”, – Qubad İbadoğlu bildirib. (AzToday.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Karantin postunu qırıb keçən Milli Məclisin işçisi imiş

Əhalinin nəzərinə: Bu şəxslərin icazəsi ləğv edilir

Azərbaycanlı alim koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqlandı

Azərbaycanda bu şəxslərin evdən çıxmasına verilən icazə ləğv edilir - Rəsmi

Koronavirusa qida vasitəsi ilə yoluxmanın təhlükələri açıqlandı

ABŞ kəşfiyyatının daha bir koronavirus xəbərdarlığı üzə çıxdı

“Virusla bağlı qara günlər qarşıdadır” - Sağ qalmaq üçün 7 qızıl şərt...

İşsizlər üçün birdəfəlik ödəmənin kimlərə veriləcəyi açıqlandı - Rəsmi

Ziyafət Əsgərov: “Dövlətə bu qədər düşmən kəsilmək olmaz”

loading...

Ən çox oxunanalar