Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan niyə Xankəndinə rəsmi Bakının icazəsi olmadan yük daşıyan şirkətlərə sanksiyalar tətbiq eləmir?..

Azərbaycan İran maşınlarının Xankəndinə səfərlərinin qarşısını ala biləcək, yoxsa Bakı daha sərt addımlar atmalıdır?..

Fazil Mustafa: “Azərbaycan terroru dəstəkləyən istənilən addımın qarşısını almalıdır”.

İran maşınlarının Qarabağa getməsinə görə Azərbaycan İrana qarşı tədricən öz işini görür”.

Bu sözləri millət vəkili Fazil Mustafa Qubadlıdan keçən Gorus-Qafan yolunda baş verənləri PİA.az-a şərh edərkən qeyd edib.

Son günlərdə İran maşınlarının Xankəndinə səfərləri ilə bağlı xəbərlər çoxalmaqda davam edir. Dünən isə Ermənistandan Azərbaycan ərazisinə qanunsuz keçən iranlı sürücülər saxlanıldı. Bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

O bildirib ki, həmin avtomobillərin sürücüləri barəsində Azərbaycanın qanunlarına uyğun müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, Ermənistan mətbuatında Xankəndinə yük daşıyan iki iranlı sürücüsünün Azərbaycan polisi tərəfindən Gorus-Qafan yolundakı postda saxlanıldığı barədə məlumat yayılmışdı.

Qubadlıdan keçən Gorus-Qafan yolunda yaranmış son vəziyyətlə bağlı nə demək olar? Azərbaycan bu post vasitəsi ilə İran maşınlarının Xankəndinə səfərlərinin qarşısını ala biləcək, yoxsa Bakı daha sərt addımlar atmalıdır? Ümumiyyətlə Azərbaycan niyə Xankəndinə rəsmi Bakının icazəsi olmadan yük daşıyan şirkətlərə və maşınlara sanksiyalara tətbiq eləmir və Azərbaycan sərhədlərini qanunsuz keçdiklərinə görə onlara qarşı cinayət işi açılmır? Bu daha effektli olmazmı?

Gorus-Qafqan yolunda baş verən problemi PİA.az-ın əməkdaşı millət vəkili Fazil Mustafa ilə müzakirə edib.

Fazil Mustafa: “Qarabağa gedən İran maşınları ilə bağlı da Azərbaycan sərt addımlarını yaxın vaxtlarda atacaq”.

İran maşınlarının Xankəndinə getməsi ilə bağlı Azərbaycan ən sərt addımları atmalı olduğunu düşünən millət vəkili PİA.az-a açıqlamasında qeyd edib ki, Qarabağ Azərbaycanın ərazisidir və İranın Azərbaycanın başı üzərindən belə bir addım atmağa heç bir hüquqi yoxdur:

Azərbaycan ən sərt addımları atmalıdır ki, İran maşınları Qarabağa daxil olmasın. Qarabağ Azərbaycanın ərazisidir və İranın Azərbaycanın başı üzərindən belə bir addım atmağa heç bir hüquqi yoxdur. İranın Qarabağa maşınlar yollaması birbaşa Azərbaycanın daxili işinə qarışmaqdır. Buna görə də Azərbaycan terroru dəstəkləyən istənilən addımın qarşısını almalıdır.

İran maşınlarının Qarabağa getməsinə görə Azərbaycan İrana qarşı tədricən öz işini görür. Azərbaycan Gorus-Qafqan yolunu bağladı, gömrük rüsumları qoydu. Yəni Azərbaycan yavaş-yavaş işini görür. Ölkəmiz bölgədə möhkəmləndikcə hər bir istədiyinə nail olacaq.

Birdən-birə hər şey yağ kimi getmir. Azərbaycan addım-addım bunları edir. Qarabağa gedən İran maşınları ilə bağlı da Azərbaycan sərt addımlarını yaxın vaxtlarda atacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar