Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan nə Qərbin, nə də Rusiyanın vassalı olmalıdır”


Rusiyaya və Qərbə “satılanlar” - prestij, üstünlük, yoxsa zərurət?


İctimaiyyətdə tez-tez kimlərinsə Rusiyaya meylli olması, bu dövlətə işləməsi kimi fikirlər səsləndirilir. 

Rusiyaya yaxın şəxslər bu əməllərinə görə qınanılır və hətta xain, satqın adlandırılır.


Bu arada, mövzunu aktuallaşdıran vəkil Aslan İsmayılovun bəzi siyasətçiləri rusiyapərəstlikdə ittiham etməsi olub. O, sosial şəbəkədəki statusunda yazıb: “Yadınızdadırsa, 2013-cü ilin əvvəllərində yazmışdım ki, Azərbaycanla Rusiya arasında münasibətlər kəskinləşən kimi bir neçə keçmiş ”siyasi xadim" dirilir və mətbuatda tirajlanmağa başlayırlar..." Vəkil statusunun davamında keçmiş müdafiə naziri Rəhim Qazıyev, sabiq baş nazir Surət Hüseynov və AMİP lideri Etibar Məmmədovun adını çəkib.


O da maraqlı haldır ki, Qərbə meylli şəxslər nədənsə ictimaiyyət tərəfindən bir o qədər də qınanılmayıb, onlara satqın damğası vurulmur. Qərbin adamı olmaq prestij, Rusiyanın adamı olmaq isə satqınlıq sayılır.


Politoloq Fərhad Mehdiyev “Yeni Müsavat”a açıqlamasında məsələnin siyasi motivləri barəsində danışıb. Onun fikrincə, məsələ öncəliklə coğrafi sərhədlərlə bağlıdır: “Qərblə bizim coğrafi sərhədlərimiz mövcud deyil. Ona görə də Qərbin müxtəlif imperial siyasətlərinin hədəfi olmuruq. Bu da realdır ki, Qərb heç zaman Azərbaycanı işğal etmək fikrində və imkanında olmayıb. Bununla bərabər, Qərb, sadəcə, Azərbaycanı deyil, məsələn, Qafqaz, Orta Asiya ölkələrinin də müstəqilliyinin tərəfdarıdır. Səbəb də Rusiyanın həmlələrinin qarşısını almaqdır. Bilirik ki, ABŞ başda olmaqla, Qərb dünyası və onların qarşısında rəqib olan bir Rusiya var. Əlbəttə ki, bunların maraqları toqquşur və bir-birilərinin təsir dairələrini, güclərini məhdudlaşdırmaq istəyirlər. Qərb də sırf olaraq Rusiyanın gücünü azaltmaq üçün Azərbaycan da daxil olmaqla, köhnə postsovet ölkələrinin müstəqilliyini dəstəkləyir. Rusiyaya meyl etmək təkrar olaraq bu dövlətin tərkibinə girməyin vasitəçisi olmaq mənasına gəlir. Çünki Rusiya da heç zaman köhnə SSRİ-nin bərpası ilə bağlı maraqlarını gizlətməyib. SSRİ-nin parçalanmasını açıq şəkildə faciə adlandırırlar. Rusiya rəsmisi də müxtəlif təkliflərlə yeni inteqrasiya yollarını axtarır. Məsələn, postsovet dövlətlərini Avrasiya İqtisadi Birliyinə salmaq kimi siyasət yürüdürlər. Belə olan halda Rusiyadan bəhrələnmək, onunla qonşuluq siyasəti qurmaq istəyə bilərsiz və bu, normal haldır. Çünki Rusiya bizim qonşumuz, iqtisadi tərəfdaşımızdır, sosial münasibətlərimiz də var. Bu baxımdan, ruslardan da üz çevirməyin şəxsən qəti əleyhinəyəm. Lakin ölkənin gələcəyi və inkişafını düşünən zaman rus modelini götürmək yanlışdır. Effektivlik deyə bir anlayış var ki, bunun hər yerdə təsiri mövcuddur. Rus idarəçiliyi, onların inkişaf sistemi effektivdirmi? Təbii ki, xeyr. Bu səbəblə də biz, öz inkişaf modelimiz kimi Qərb inkişaf modelini götürməliyik”.


Politoloqun sözlərinə görə, söhbət kiminsə vassalı olmağımızdan gedə bilməz: “Heç birinin vassalı olmamalıyıq. Ancaq istər vətəndaş cəmiyyəti quruculuğunda, istər dövlət, istərsə də iqtisadi inkişaf yolunda hansı modelin götürüləcəyi söz mövzusudur. Alternativ kimi Rusiyanı göstərənlər də Azərbaycanın inkişafını istəyə bilərlər. Biz bunu da qəbul edirik ki, rusiyameylli şəxslər də ölkəmizin inkişafını düşünürlər. Ona görə də demək olmaz ki, bu şəxslər satqındırlar və ya vətənə xəyanət edirlər. Sadəcə olaraq, bir məsələ var ki, bu şəxslərin çata biləcəyi başqa bir resurs yoxdur. Onlar ya Qərb modelini bilmirlər, ya da dil baxımından əziyyət çəkirlər. Belə olan halda rahatlığı Rusiyaya tərəf tutmaqda görürlər. Orta və yaşlı nəslin içərisində Rusiyaya meyl edənlərin çoxluq təşkil etməsinin səbəbi həm də onların bir zamanlar bu sistemdən bəhrələnməsidir. Tarixi təhlil eləsək, belə bir nəticəyə gəlmiş olarıq ki, Azərbaycan Rusiya inkişaf modelini seçə bilməz. Bunu istəyənləri də vətən xaini adlandırmaq doğru deyil. Vətən xaini odur ki, onlar qəsdən, öz ölkəsinin məhvini istəyir. Yuxarıda qeyd etdiyim kimi, Rusiyaya meylli insanlar da bunu istəmirlər”.


Həmsöhbətimiz bir məqama da diqqət yönəltməyi zəruri sayır: “Rusiyanın sosial-iqtisadi inkişafı göz qabağındadır və bunun da qarşılığında bir Qərb modeli var. Dünyada insanlar da öz ölkələrində əziyyət çəkən zaman Qərbə üz tuturlar, Rusiyaya yox. Rusiyada alkoqollu içkilər olmasaydı, orada insanlar ayda bir dəfə inqilab edərdilər”.


Politoloq məsələdə Qarabağ məfhumunun da rolunun olduğunu düşünür: “Qarabağ məfhumunun özü də başqa bir fenomendir. Dağlıq Qarabağ konfliktinin bu şəkildə qalmasında Rusiyanın böyük marağı var. Çünki Rusiya bizim regionlardan hələ də imtina etməyib və bunu da heç zaman gizlətmirlər. İmtina etmədiyi üçün ona lazımdır ki, bu ölkələr arasında gərginlik yaşansın və Rusiyaya sığınıb, ondan silah alsınlar. Beləliklə də regionda güclü qalmağa meyl edir. Diqqət edin ki, burada söhbət texniki əməkdaşlıqdan daha çox, bu ölkələrin zəif yerlərindən istifadə edərək, özlərindən asılı vəziyyətə salmaqdan gedir. Bunun isə heç bir əxlaqi tərəfi yoxdur. Dövlətləri özündən asılı hala salmaq üçün başqa modellərdən istifadə etmək olar və Qərb də Rusiyanın addımlarını atmır. Çünki Qərb anlayır ki, insanlar Avropaya ona görə meyl edirlər ki, orada gözəl həyat var. Daha burada silahın satılması və ya digər bu kimi məsələlər ön planda deyil. Əsas məsələ də budur. 

Rusiya Qərbin insanlara verdiyini təşkil edə bilmir və nəticə olaraq, münaqişələr, etnik ayrı-seçkilik hərəkətlərindən istifadə edir. Dünyada iki mexanizm əsas götürülür: birincisi, dövlətlər öz orduları ilə nəyisə əldə edirlər. İkincisi isə bunu, yumşaq şəkildə, öz ədəbiyyatı, mədəniyyəti, iqtisadi inkişafı, texnologiyası ilə edirlər. Misal kimi, ”Amerikanın səsi" radiosunu göstərmək olar ki, SSRİ-ni dağıtmaq üçün istifadə olunan vasitə idi. Hollivud filmləri, “xalq diplomatiyası” da buna bir misaldır. Rusiya isə indiyə qədər köhnə modellərlə işləyir. Biz, məsələn, ölkəmizdə Rusiya QHT-sinə çox az rast gələ bilərik. Qərb isə bunu edir. Rusiyanın işi hədə-qorxu gəlməkdir. Məsələn, hərbi gəmisini Həştərxandan Bakı istiqamətinə göndərir. Bu şəkildə təsir göstərməyə cəhd götstərir. Ona görə də beynəlxalq münasibətlərdə “rus ayısı” sözü indi də aktualdır". (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar