Çərşənbə, 20 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Azərbaycan nasizmin tərənnümünü pisləyən qətnaməni dəstəkləyib

Azərbaycan Rusiyanın təşəbbüsü ilə BMT Baş Asambleyasının 3-cü Sosial və Humanitar Komitəsində müzakirəyə çıxarılan nasizmin tərənnümünü pisləyən qətnamə layihəsini dəstəkləyib...

“Nasizmin tərənnümü: nə, neo-nasizmə, irqçiliyin müasir formalarının, irqi ayrı-seçkiliyin, ksenofobiya və onunla bağlı dözümsüzlüyün artmasına rəvac verən digər fəaliyyət növlərinə qarşı mübarizə” adlı qətnaməyə 55 üzv bitərəf qalsa da, 2 nəfər əleyhinə səs versə də, 121 səslə qəbul olunub.

“İkinci Dünya müharibəsinin yekunlarını dəyişdirilməsinin, bu müharibə zamanı törədilmiş insanlığa qarşı və hərbi cinayətlərin inkarının qarşısını almaq məqsədi ilə həm də qanunçuluq və təhsil sahələrində, insan hüquqları sahəsindəki beynəlxalq öhdəliklərinə uyğun olaraq” üzv ölkələrə müvafiq tədbirlər görməyi tövsiyə edən sənəddə nasizmin tərənnümü və təbliğatı ilə bağlı hallar qətiyyətlə pislənilir, dövlətlər bütün müvafiq vasitələrlə, o cümlədən lazım gələrsə qanun yolu ilə irqi ayrı-seçkiliyin bütün növlərini aradan qaldırmağa təkidlə çağırılır.(report)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar