Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan miqrant böhranı ilə üzləşə bilərmi?

Azərbaycanın qanunvericiliyi kifayət qədər liberal olduğundan ölkəyə mühacir axını ildən-ilə artır. Ancaq hələ ki, bir sıra Avropa ölkələrinin üzləşdiyi "miqrant böhranından" danışmaq çox erkəndir

Bu barədə miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov danışıb.

Hər ay Azərbaycanın aidiyyəti qurumları bir neçə yüz, bəzi hallarda isə hətta mindən çox qanunsuz mühaciri üzə çıxarır. Ekspertin sözlərinə görə, bu miqrasiya proseslərinin effektiv şəkildə tənzimlənməsi planında müəyyən çətinliklər yaradır. Ancaq hər halda onlar üzə çıxır, qeyri-leqal mühacirlərin qanunsuz marşrutları aşkarlanır.

Bu həftə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Dövlət Təhlükəsizlik Xidməti ilə birgə qanunsuz mühacirlərin aşkarlanması ilə bağlı reydlər keçirib. Reydlərin gedişində dünyanın üçüncü dövlətlərindən olan 143 xarici vətəndaş saxlanılıb.

Məlum olub ki, saxlanılanlardan səkkizi sənədlərdə ölkəyə hansı məqsədlə səfər etdiyini düzgün göstərməyib, altısı qanunsuz əmək fəaliyyəti ilə məşğul olub, biri qeydiyyat ünvanı üzrə yaşamayıb, qlanr 128 mühaciər ölkə hüdudlarında ərazisində qanunsuz şəkildə yaşayıb.

Mühacirlər qanunsuz mühacirlərə müxtəlif səbəblərə görə çevrilir. Ekspertin təbirincə, başlıca səbəb öz hüquqi statusları barədə lazımınca məlumatlı olmamalarıdır.

"Bununla əlaqədar miqrasiya proseslərinin tənzimlənməsi sferasında yeniliklərin olduğunu qeyd etmək lazımdır. Azərbaycanda Dövlət Miqrasiya Xidmətinin yeni mobil tətbiqi "MİGAZ" iş salınıb.Tətbqi xaricilərin elekron xidmətlərdən yararlanmasını asanlaşdırmaq və xidmətə etdikləri müraciətlər, o cümlədən yaşayış yeri üzrə qeydiyyat məslələrinə sərf olunan vaxta qənaət etmək məqsədi daşıyır. Xarici vətəndaş öz telefonunu Azərbaycanda işə salan kimi, ona MİGAZ sistemi haqqında bildiriş gəlir. Xarici elə yerindəcə elektron qeydiyyatdan keçə bilir", -deyə A.Allahverənov bildirib

Ekspert qeyd edir ki, miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində böyük işlər görülüb. Miqrasiya Məcəlləsi və İnzibati xətalar məcələsində dəyişikliklər edilib.

"Hazırda Azərbaycanda miqrasiya proseslərinin idarəolunası üzrə 2019-2024-cü illərə nəzərdə tutulan yeni strategiya üzərində işlər aparılır. Hal-hazırda sənəd təsdiqini gözləyir. Ora bizim də təkliflərimiz daxil edilib.", - deyə A.Allaherənov bildirib.

Qanunsuz miqrasiya təhlükələrindən söz açan ekspert, onların aşkarlanması ilə DTX və digər güc strukturlarının məşğul olmasının təsadüfi olmadığını qeyd edib. DTX, sərhəd qoşunları və DMX milli təhlükəsiziyin təmin olunmasına yönəlmiş strategiyanı əlaqələndirmiş şəkildə gerçəkləşdirir.(oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar