Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Milli aviadaşıyıcısının donanmasına xeyli sayda yeni model təyyarələr daxil olacaq

Azərbaycan Milli aviadaşıyıcısı marşrut şəbəkəsinin genişləndirilməsi proqramı ilə əlaqədar donanmasında təyyarə sayını xeyli artırmağı planlaşdırır



Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, xüsusilə, AZAL-ın gələcək planlarına “Boeing” və “Airbus” kimi aparıcı istehsalçılardan 20-dən artıq yeni nəsil təyyarənin əldə edilməsi daxildir.

“Boeing” korporasiyası ilə iki ədəd “Boeing 777” geniş füzelyajlı təyyarənin alınması ilə bağlı razılıq artıq imzalanmışdır. Bu laynerlər Azərbaycan Milli aviadaşıyıcısının donanmasında yeni model təyyarə olacaq. Yeni hava gəmilərinin 2021-2022-ci illərdə “Azərbaycan Hava Yolları”nın uzaq məsafəli yeni istiqamətlərində istifadə olunacağı gözlənilir.

“Biz “Boeing” korporasiyası ilə münasibətlərimizi daha da inkişaf etdirməyi planlaşdırırıq, həmçinin səkkiz ədəd “Boeing 787 Dreamliner” və üç ədəd “Boeing 777” təyyarəsini əldə etmək imkanlarını da nəzərdən keçiririk. Bu qərar uzaq məsafəli uçuşlarımızın coğrafiyasını genişləndirməyə imkan yaradacaq", - AZAL prezidenti Cahangir Əsgərov bildirmişdir.

Sözügedən hava gəmilərinin əldə edilməsi ilə bağlı məsələlər Cahangir Əsgərovun aviakorporasiyanın Sietldəki baş ofisinə işgüzar səfəri çərçivəsində “Boeing”in prezidenti ilə müzakirə olunacaq.

Bundan əlavə, AZAL aviaşirkəti aparıcı Avropa aviaistehsalçısı “Airbus” ilə Azərbaycana 10 ədəd yeni nəsil “Airbus A320Neo” təyyarələrinin çatdırılması ilə bağlı danışıqlar aparır. Özünü doğrultmuş bu orta magistrallı sərnişin təyyarələri populyar “Airbus A320” laynerinin təkmilləşdirilmiş versiyası olub, yeni nəsil mühərriklər, təkmilləşdirilmiş göyərtə sistemləri və daha geniş qanad ucluqlarına malikdir. “Airbus” artıq bu təyyarə ilə bağlı dünyanın müxtəlif aviaşirkətlərindən 7000-dən çox sifariş almışdır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar