Cümə, 13 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Azərbaycan meyvə-tərəvəz ixracını artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrə dəyəri 389,8 mln. ABŞ dolları dəyərində 390,2 min tona yaxın meyvə-tərəvəz ixrac edib...

PİA.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə ixrac olunmuş meyvə-tərəvəzin dəyəri 47,3 mln. dollar və ya 13,8%, həcmi isə 23,2 min ton və ya 6,3% artıb.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan ixrac olunmuş meyvə-tərəvəz mallarını əsasən tomat (134,1 min ton), meşə fındığı (16,4 min ton), alma (55,1 min ton) və xurma (27,1 min ton) təşkil edib.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar