Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan məktəblərini kimlər “Hababam sinifi”nə döndərib?

Bəlkə də biz artıq məmur aristokratiyası epoxasında yaşayırıq və bizi qarşıda Antoni Börcessin “Mexaniki Portağal” romanındakı bir gələcək gözləyir...

Azər QARAMANLI
PİA.az saytının baş redaktoru

Azərbaycanın sosial şəbəkə seqmenti son günlər məktəblərdə baş verən biabırçılıqlarla dolub-daşır. Əvvəlcə, Bakının Xətai rayonunda yerləşən 165 nömrəli tam orta məktəbində məktəbə heç yaraşmayan görüntülər ortaya çıxdı. Videoda orta məktəb şagirdləri sinifdə divara asılan tanınmış şəxsiyyətlərin tablolarını gəzdirir, partaları dağıdır və başqa bu kimi ədəbsiz hərəkətlər edirdilər. Baş verən bütün bu hadisələr isə sinifdə müəllimin olduğu müddətdə baş verirdi. Bundan sonra bənzər videolar dalbadal ortaya çıxmağa başladı və bu, hələ də davam edir.

Sözügedən görüntülər qısa zamanda böyük səs-küyə səbəb olub. İctimaiyyət haqlı olaraq sual veri: Bu kimi hallar məktəblərdə necə baş verir? Müəllim və direktorlar hara baxır?

Əslində müəllim və direktorların hara baxdıqları məlumdur. Onları artıq çoxdandır ki, məktəbdə dərs və nizam-intizam maraqlandırmır. Onları maraqlandıran şey pulla uşaq hazırlaşdırmaqdır və bu da məktəbdən kənarda olduğuna görə təhsil müəssisəsində nələrin baş verdiyi müəllimlər üçün heç nə kəsb etmir. Direktorları isə maraqlandıran şey müəllimlərdən və valideynlərdən məktəbdənkənar hazırlıq üçün pul almaq, eyni zamanda dərs saatlarının pulunu mənimsəməkdir.

Bütün Azərbaycan məktəblərində vəziyyət belədir və baş verənlərə görə, yəni uşaqların tərbiyəsizliyinə görə valideynləri günahlandırmaq heç də doğru olmaz. Çünki uşaqları bu tərbiyəsizliyə sürükləyən faktor məktəblərdə dərs keçirilməməsidir. Dərs keçirilməyən bir məktəbdə isə bu kimi halların baş verməsi təbii haldır. Əgər müəllim məktəbdə dərs keçməyə maraqlı deyilsə, o zaman uşaqlar neyləməlidir? Bəlkə "quzu balası" kimi sakitcə oturub tabaşir dəyməyən lövhəyə baxmalıdırlar?

Belə olmur və Azərbaycanda məktəblərin sözün həqiqi mənasında “Hababam sinifi”nə çevrilməsi çox təbii haldır. Başqa cür olması qeyri-təbii olardı…

Bəs Azərbycanda bütün məktəblərin “Hababam sinifi”nə çevrilməsinin günahı kimdədir? Bu sualı konkret cavablandırsaq, Lidiya Rəsulavadan üzü bəri Misir Mərdanova, Mikayıl Cabbarova, Ceyhun Bayramova və Emin Əmrullayevə qədər bütün təhsil nazirləri məktəbdə bu gün yaranmış vəziyyətə görə məsuliyyət daşıyırlar. Yaranmış acınacaqlı vəziyyətə görə bu nazirlərin hər biri ortaq məsuliyyət daşıyır. Çünki repetitorluğun Azərbaycanda ayaq tutub yeriməsinə bu nazirlərin hər biri meydan verib və bu meydan hələ də verilməkdədir. Bu nazirlərin heç biri repetitorluğun bu qədər geniş şəkildə yayılmasına qarşı bir dəfə də olsun çıxmayıblar. Və bu zaman heç düşünən də olmadı ki, məktəb dərs keçmək üçün deyilsə, bəs nə üçündür və dövlət bu qədər pulu təhsilə niyə ayırır?

(Doğrudan da Azərbaycan dövləti niyə təhsilə və səhiyyəyə pul ayırır? Axı bu iki sahə ölkədə faktiki olaraq ödənişli xidmət sektoruna çevrilib.)

Əgər məktəbdə faktiki olaraq dərs keçirilmirsə, onda məktəbin avaraxana olmaması mümkündürmü? Mümkün deyil. Çünki uşaq oraya vaxt keçirmək üçün gedirsə, onda onun məktəbdə bu cür hərəkətlər etməsində qeyri-adi nə var? Axı onlar, adı üstündə - uşaqdırlar… Bu vəziyyətdə olan məktəblərə “pati”nin girməsi qeyri nomaldırmı? Deyil… Əgər dərs saatında şagird sinifdə uca səslə meyxana qoyub əcaib rəqslər edirsə, o məktəbə narkotikin də yol tapması çox normaldır.

Bütün bunların tək səbəbi var və bu səbəb müəllimlərin məktəbdə dərs keçmək istəməməsidir. Müəllim məktəbdə dərs keçmək istəmirsə, direktör da bunu normal hal kimi qəbul edib, bu təcrübənin daha geniş yayılması üçün bütün imkanlarını səfərbər edirsə, onda məktəbdə nizam-intizamdan danışmaq olarmı?.. Axı bizdəki faktiki olaraq məktəb deyil. Adına məktəb deyilsə də, məktəb kimi fəaliyyət göstərmir və bu halda məktəb dediyimiz o yerlərin əslində “avaraxana” olması ortaya çıxır və həqiqət də elə budur.

Ona görə də Təhsil Nazirliyi ilk öncə məktəbləri məktəbə çevirməli, müəllimləri məktəbə qaytarmalı və ondan sonra şagirdləri şagird eləməlidir. Edə bilməsələr isə bizi heç də yaxşı gələcək gözləmir. Daha doğrusu, gələcəyimiz ancaq pullu məktəblərdə təhsil alanların ümidinə qalacaq ki, bu da sonucda Azərbaycanda məmur aristokratiyasının bəqrərar olmasına aparıb çıxaracaq.

P. S. Bəlkə də biz artıq məmur aristokratiyası epoxasında yaşayırıq və bizi qarşıda Antoni Börcessin “Mexaniki Portağal” romanındakı bir gələcək gözləyir...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Soçidə rus canfəşanlığı və dəyişməyən mövqelər…

90-cı illərin “bespredel”inəmi qayıdırıq – “fədailərin” arxasında kim, ya da kimlər durur?

İnhisarçı Qərb qüvvələrinin yeni anti-Azərbaycan kartları: Yeni şər qapıları açılır...

Qərb sivilizasiyasının iflasının elanı və “Qərbsizlik” sindromu

Ətli-plovlu ehsanı anladıq, bəs nəzir-ehsanlar nə olacaq?..

Yeni pensiya qaydalarından kimlər qazanır? – Xalq, dövlət, yoxsa kimlərsə...

Gömrük Komitəsi həm xalqın, həm də hakimiyyətin probleminə çevrilir...

Putin üçün “Vətən Müharibəsi” və süqutun üçüncü mərhələsi

İranın iki fərqli sevgisi və iki od arasındakı Bakı - Azər Qaramanlının yazısı

Siyavuş Novruzovun məntiqinin arxa pəncərəsindən görünənlər – Replika

Bizi tükədən parazit psixologiyası - İslahatlar beyinlərə köçürülməlidir...

Ən çox oxunanalar