Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan mafiyasının böyük oyunları: narkotik biznesi...

Moskvada Əfqanıstandan gələn heroin önəmli ölçüdə virtual və səyyar ticarətçilərin köməyi ilə küçələrdə satılır

“Lotu Quli" ləqəbli azərbaycanlı kriminal avtoritet Nadir Səlifov Rusiyanın böyük obyektlərindən biri hesab olunan "Food City" aqroklasterinə nəzarəti ələ keçirməsilə bağlı məlumat verilmişdi.

"Food City" daha öncə 2016-cı ildə Türkiyədə qətlə yetirilən qanuni oğru Rövşən Lənkəranskinin əmisi oğlu Zaur Əhmədovun nəzarəti altında idi.

Qeyd olunur ki, Qulinin aqroklasteri ələ keçirməsi onu Lənkəranskinin qətlini sifariş edən şübhəli şəxs kimi daha da gücləndirib. Mafiya klanlarının Lənkəranskinin paytaxtdakı səhmləri uğrunda mübarizəsi məhz Rövşənin ölümündən sonra başlayıb. O zamanlar Azərbaycanda həbsxanada olan Səlifov öz emissarları vasitəsilə Canıyevin Moskvadakı obyektlərini zəbt etməyə başlayıb.

Lotu Quli indi 85 hektar sahəsi və 13 min işçisi olan kompleksini Skayp vasitəsilə idarə edir. O, zəngin iş adamları ilə videokonfranslar təşkil edərək əlaqə saxlayır.

Xatırladaq ki, ötən il sentyabrın sonunda "Moskva" yarmarkasında - paytaxtın ən böyük ticarət komplekslərindən birində kütləvi dava baş vermişdi.

İnsidentin alovlanmasının səbəbi kimi yerli mühafizə işçilərinin tacirlərdən birini döyməsi göstərilir: cavan ticarətçi "yuxarı" çatacaq hesabı ödəməkdən imtina etmişdi...

Bu hadisə əyani olaraq göstərir ki, Moskvanın ən böyük bazarları, ticarət mərkəzləri qanundan tamamilə uzaq - "oğru" qaydaları ilə nizamlanır.

PİA.az Milli.az-a istinadla Moskvanın ticarət obyektlərinin hasarları arxasında baş verən "tünd işlər" haqda təfərrüatı oxucuların diqqətinə çatdırır.

Bazarlar kralının ölümü

18 avqust 2016-cı ildə gecə saatlarında qara rəngli "Renc Rover İstanbulun mərkəzi mehmanxanasının yanında güllə-baran edildi. Cinayət başında 65 giliz tapılmışdı. İsrail istehsalı tapança-pulemyotlar olan "Uzi"lərdən yolsuzluq avtomobili deşik-deşik edilmişdi.

Hədəf "Renc Rover"in arxa oturacağında oturmuş Lənkəranski ləqəbli, 41 yaşlı azərbaycanlı kriminal avtoritet Rövşən Canıyev idi. Qatillərin güllələri hədəfə çatır: Lənkəranski ağır yaralanır və həmin gün "Florence Nightingale" klinikasında dünyasını dəyişir. Onun cəsədi xüsusi reyslə Azərbaycanın Lənkəran şəhərinə çatdırılır və 19 avqust 2016-cı ildə dəfn edilir. Matəm mərasimdə minlərlə insan iştirak edir...

Məhz Lənkəranskini Aslan Usoyanın (Ded Xasan) 2013-cü ildəki qətlinin mümkün sifarişçisi hesab edirdilər. Ehtimal ki, kürdlər Lənkəranskidən bu yolla qisas aldılar. Amma Lənkəranskinin düşmənləri arasında kriminal dairələrdə "Lotu Quli" ləqəbi ilə məşhur olan, azərbaycanlı kriminal avtoritet, 44 yaşlı Salifov Nadir Nəriman oğlu da var. O, 27 yaşında, 2000-ci ildə qanuni oğru tacına yiyələnib. Nüfuzlu kriminal mətbu orqan - "Praym Kraym" portalının redaktoru Viktoriya Qefterin sözlərinə görə, Lotu Quli Azərbaycan qanuni oğrularının arasında qeyd-şərtsiz ən nüfuzlusudur.

Adətən kriminal avtoritetlərin, qanuni oğruların bütün ticarət işləri yad gözlərdən gizlədilir. Bununla belə, Viktoriya Qefter qeyd edir ki, Lənkəranskiyə Moskvanın mərkəzində, Kolujskaya şossesində şəhərin ən nəhəng ticarət nöqtələri aid idi. "Food City" ən böyük topdan-pərakəndə ərzaq satışı mərkəzidir. Canıyevin ölümündən sonra "təsərrüfat"la Lənkəranskinin əmisi oğlu 39 yaşlı Zaur Əhmədov məşğul olmağa başladı.

Təhlükəli miras

Çiçəklənən biznesmen Əhmədov öz əmisi oğlunun qətlini unutmurdu: "Praym Kraym"ın məlumatına görə, o, dəfələrlə bildirirdi ki, Rövşəndən qalan saysız-hesabsız sərvətləri xərcləməyə hazırdır, təki onun qisası alınsın.

Nüfuzlu cinayətkar fiqurlardan Əhmədovun təhlükəli planını heç kəs dəstəkləmədi. Agentlik qeyd edir ki, operativ məlumatlara görə, məhz o bu yaxınlarda Lotu Qulinin adamlarının güllələnməsinə sponsorluq edib.

"Əhmədov Lotu Quliyə qarşı Rövşənin etdiyi eyni siyasəti həyata keçirir və buna görə də, Zaurun həyatı tükdən asılıdır", - Viktoriya Qefter Qulinin gücünü izah edir.

Əsasların arasında lider

Bəzi mənbələrin məlumatına görə, Rusiya paytaxtının ən böyük bazarlarına nəzarət Bakinski ləqəbli Vaqif Suleymanovun da əlində ola bilər - o, qanuni oğrulardan Rusiya ərazisində leqal yaşamaq icazəsi olan yeganə şəxsdir. Lakin Viktoriya Qefter bunu istisna edir. Təcrübəli kriminal jurnalist dəfələrlə məqalələrində Vaqifin bazarlardan uzaq durmağa çalışdığını yazıb...

Eyni zamanda, ticarət mərkəzlərinə nəzarətə “Gəncinski” ləqəbli qanuni oğru Rəşad İsmayılov cəlb olunmuş ola bilər. Ancaq "Praym Kraym"ın fikrincə, bu da həqiqətdən uzaqdır.

"Rəşad Lotu Qulinin adamıdır, o, heç nəyə ayrıca nəzarət etmir. Dediyim kimi Quli azərbaycanlılar arasında nömrə birdir, buna görə də, məhz o, hər şeyə nəzarət edir", - Viktoriya Qefter izah edir.

"Əlbəttə, cinayət dünyasından danışarkən, narko-ticarəti yada salmamaq olmaz. Belə ki, Əfqanıstandan gələn heroin önəmli ölçüdə virtual və səyyar ticarətçilərin köməyi ilə küçələrdə satılır. Tacik mobil operatorları bu işdə son rolu oynamırlar. Amma maraqlısı budur ki, azərbaycanlıların məşğul olduqları ənənəvi çiçək biznesi, Latın Amerikası ölkələrindən gələn kokainin satılmasında əvəzsiz rol oynayır", - redaktor bildirir.

Gül kimi narkotik

Onu da qeyd etməyə lazım bilirik ki, Milli Narkotik Əleyhinə İttifaqın sədri Nikita Luşnikov mətbuata aşıqlamasında kokainin çiçək mağazalarında satıldığını bildirib.

Onun sözlərinə görə, sxem sadədir: satıcılar əllərində buketlərlə küçəyə çıxırlar, müştəri-sürücü avtomobilin şüşəsini açır və "gülləri" alır. "Mən əminəm ki, Daxili İşlər Nazirliyində bu haqda bilirlər", - narkotiklərlə mübarizəçi davam edir - "Amma bir-iki səyyar satıcını saxlamaq effektsiz olduğu üçün əməkdaşlar, ehtimal ki, cinayətkar qruplaşmanı böyük miqyasda zərərsizləşdirmək istiqamətində sistem hazırlamağa çalışırlar. Bu da öz növbəsində çətindir, çünki narkotik alverçiləri peşəkarlıqla hərəkət edirlər və satış nöqtələrini daim dəyişirlər".

Cinayətkar biznes şəbəkəsi 2 səbəbdən gül dükanlarını seçib. Luşnikov qeyd edir ki, birincisi, xırda ticarət nöqtələri ilə razılaşmaq daha rahatdır. Əsasən satıcılar miqrantlardan ibarət olur ki, onlar sürətli və yüngül qazancdan imtina etmirlər. İkincisi, gül dükanları gecə-gündüz işləyir və narkotiklər bir qayda olaraq, gecə alınır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar