Çərşənbə axşamı, 12 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Azərbaycan karateçisi dünya çempionatında qızıl medal qazanıb

Rauf Abdullayev qızıl medal qazanıb...

Azərbaycan karateçisi Rauf Abdullayev Çexiyanın Karlovı Vari şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb...

"Report"un məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən idmançı karatenin şotokan növündə mübarizə aparıb və bütün rəqiblərini üstələyib.

38 yaşlı karateçi finalda Rumıniya təmsilçisini məğlubiyyətə uğradıb.

"Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) mühafizə departamentinin idman təlimatçısı vəzifəsində çalışan Abdullayev bunları söyləyib: "Bu nailiyyəti bir dəmiryolçu kimi, oktyabrın 13-də qeyd etdiyimiz peşə bayramına həsr edirəm".

Qeyd edək ki, R.Abdullayev 2013-cü ildə Serbiyanın Novi Sad şəhərindəki mundialda da qızıl medal qazanıb.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar