Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan İstanbulda İƏT-in komitə iclasında təmsil olunur

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Məsələləri üzrə Daimi Komitəsinin (İSEDAK) 35-ci iclası öz işinə başlayıb...

"Report"un Türkiyə bürosu xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatıldığı tədbirdə 56 ölkədən nazir və nazir müavinləri, dövlət və hökumət nümayəndələri iştirak ediblər. Azərbaycan isə mərasimdə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun başçılıq etdiyi geniştərkibli nümayəndə heyəti ilə təmsil olunur.

Tədbir “İslam ölkələrində qida təhlükəsizliyi və davamlı qida sistemlərinin təşviqi” mövzusuna həsr olunub.

İclas "Quranı Kərim"dən duaların oxunması ilə işinə başlayıb. Əvvəlcə İƏT-in 50 illiyi ilə bağlı film izlənilib, müsəlman coğrafiyasında baş verən hadisələrə operativ şəkildə müdaxilə edən təşkilatın geridə buraxdığı illər ərzində İslam dünyasının səsi olduğu vurğulanıb.

Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan toplantını açaraq Albaniyada baş vermiş zəlzələ barədə danışıb: "İslam ölkələri olaraq hər birimizin borcu bu gün Albaniyanın yanında olmaqdır. Bu, qardaşlıq birliyinin nümayişidir. Qərbdə İslam düşmənçiliyi gedir. Bölgədə müharibə və yoxsulluqla üzləşən ölkələrin böyük əksəriyyəti İslam dövlətləridir. Coğrafiyamıza baxdıqda hər tərəfdə müharibələrlə üzləşirik. Qida aclığının olduğu 54 ölkədən 28-i məhz İslam ölkəsidir. Təəssüf ki, müsəlman qanı və canı qədər ucuz bir şey yoxdur. Yəməndə aclıqdan ölən insanların taleyi bir neçə beynəlxalq təşkilatdan başqa heç kimi narahat etmir. Qəzzada öldürülən uşaqların səsi heç bir yerdə duyulmur. Dünya BMT-nin 5 daimi üzvünün əlindədir. İslam aləminin öz gələcəyi, istiqbalı üçün qərar almaq haqqı yoxdur”.

İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Məsələləri üzrə Daimi Komitəsinin ev sahibliyi Türkiyədən Səudiyyə Ərəbistanına keçib.

Qeyd edək ki, noyabrın 25-dən 28-dək davam edəcək toplantıda komitənin layihələrinin maliyyələşdirilməsi, layihə rəhbərlərinin təcrübələri, monitorinq sisteminin işə salınması, eləcə də nəqliyyat, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahələri üzrə üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi məsələləri, o cümlədən Azərbaycanda İslam Əməkdaşlığı Əmək Mərkəzinin yaradılması məsələsi də müzakirə ediləcək. Toplantı çərçivəsində müəyyən layihələrin qəbul edilməsi gözlənilir.

pia.az

Fotolar




Etiket: İƏT İstanbul

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar