Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan İran üzərindən yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyəcək

"Azərbaycan Hava Yolları" QSC (AZAL) və "Buta Airways" aviaşirkətləri hazırda İran istiqamətində və bu ölkənin ərazisi üzərindən keçməklə yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır...

AZAL-dan verilən məlumata görə, o cümlədən, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır.

Qeyd edək ki, bu gün göyərtəsində 180 sərnişin olan Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi “texniki nasazlıq” səbəbindən Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb.

Xatırladaq ki, Yaxın Şərqdə gərginləşən vəziyyətlə əlaqədar bəzi aviaşirkətlər İranİraq üzərindən uçuşları dayandırıb. Bunların arasında "Air France", "Lufthansa", "Singapore Airlines", "EVA Air", "Malaysia Airlines", "Vietnam Airlines", "Qantas", "Air Astana" var. Həmçinin, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi isə Rusiya aviaşirkətlərinə İranİraq üzərindən uçuşları həyata keçirməməyi tövsiyə edib.

Qeyd edək ki, bu gün səhər saatlarında Tehran yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin məxsus olduğu Ukrayna Beynəlxalq Hava Yolları aviaşirkəti Tehrana uçuşların qeyri-müəyyən müddətə təxirə saldığını açıqlayıb.(apa)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar