Bazar ertəsi, 26 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Azərbaycan-İran sərhədində atışma olub, ölən var - Foto

Sentyabrın 17-də külli miq­darda narkotik vasitənin qa­çaq­­malçılıq yolu ilə ölkə ərazisinə keçirilmə­sinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, Sərhəd Qo­şun­larının “Horadiz” sərhəd dəs­tə­sinin Beyləqan ra­yonunun 2-ci Şahsevən kəndi ya­xınlığındakı sərhəd zas­tavasının xidməti ərazi­sində 2 nəfər naməlum şəxsin İran İslam Respub­likasından Azərbay­can Respublikası isti­qa­mətində dövlət sər­hədini pozması sərhəd naryadı tərəfin­dən aşkar olun­ub. Sər­həd po­zucularının əllərində silah və yüklərin olması mü­şahidə edilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xə­bər­­darlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sər­həd naryadına qarşı silah tətbiq etməklə geri qaçmağa cəhd ediblər.

Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə ye­rində ölüb. Digər sərhəd pozucusu ərazinin mürəkkəb relyefli olma­sından istifadə edərək geri qaçıb.

Dövlət sərhədinin pozulması cəhdinin qarşısının alındığı əraziyə baxış zamanı 1 ədəd tüfəng, 2 ədəd çantada təxmini çəkisi 15 kq olan narkotikə bənzər maddə aşkar edilib.

Sərhəd pozu­cuları ilə görüşərək onlardan yükü təhvil almağa gələn və sər­həd zas­ta­va­sı­nın mühəndis-texniki çəpərindəki məftilləri qıraraq sərhəd­boyu zolağa daxil olan Azərbaycan vətəndaşı, Beyləqan rayon sakini 1975-ci il təvəllüdlü Məmmədov Adiş Cavad oğlu saxlanılıb, üzərində sərhəd pozu­cu­larına vermək üçün gətirdiyi 10 ədəd şüşə qabda alkoqol işkiləri aşkar olunub.

Hadisə barədə İran sərhəd nümayəndəliyi məlumatlandırılıb.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sər­həd dəstəsinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Qarabağ savaşıyla dəyişən rus mövqeyi:Türkiyənin balanslı siyasəti Rusiyanı dağılmaqdan xilas edəcək

Mətanət İskəndərli Türkiyədə konsert verdi, rəzil duruma düşdü 

Hazırda Əsgəran yönündə düşmən üç tərəfdən mühasirəyə alınmaqdadır - Elçin Alıoğlu

İqor Korotçenko: “İrəvan üçün ölümcül kontrast: İnamlı İlham Əliyev və mızıldayan Paşinyan”

“Qoşunlarımız işğaldan azad edilmiş əraziləri bir qədər də genişləndirib”

Müqavimət qırıldı - Azərbaycan Ordusu irəliləyir

Böyük itkilər verən Ermənistan muzdlu axtarışında: Rusiyada kampaniya başlatdılar - Foto

Qoşunlarımız Xocavənd, Qubadlı və Laçında yeni mövqelərə doğru irəliləyib

loading...

Ən çox oxunanalar