Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan İqtisadiyyat nazirinə yeni müavin təyin olunub - Sərəncam

Bu vəzifəyə Rövşən Nəcəf təyin olunub...

PİA.az xəbər verir ki, Azərbaycan Prezidentinin sərəncamı ilə bu vəzifəyə Rövşən Nəcəf təyin olunub. Nazirlik bu faktı təsdiq edib.

Qeyd edək ki, R.Nəcəf 2019-cu ilin sentyabrında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilmişdi.

Məlumata görə, R.Nəcəf bundan öncə Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri olub. O, 2018-ci ilə qədər "Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, R.Nəcəf aprelin 9-da 1982-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olaraq, 2001-ci ildə bakalaviriat, 2003-cü ildə isə magistratura səviyyəsini fərqlənmə ilə bitirib. 2007-2008-ci illərdə SOCAR-ın təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində təhsil alaraq İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecment və Siyasəti üzrə magistr proqramını uğurla bitirib.

2012-ci ildə iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant vəzifəsində başlamış və 02.09.2002-ci ilədək orada çalışıb. 16.12.2003-cü il tarixdən İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və beynəlxalq iqtisadi əməkdaşlıq departamentinin İnvestisiya siyasəti şöbəsinin mütəxəssisi təyin olunaraq həmin şöbədə məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb, 01.02.-08.06.2007-ci il tarixlərdə Xarici investisiyalar və texniki yardımların əlaqələndirilməsi şöbəsinin Xarici investisiya müqavilələri və investisiya layihələri sektorunun müdiri işləyib.

02.07.2008-23.02.2009-cu illərdə SOCAR-ın Sərmayələr İdarəsinin Sərmayələr üzrə Hesabat şöbəsində iqtisadçı, 23.02-07.05.2019-cu ildə isə həmin İdarənin Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib. 12.05-29.12.2009-cu ildə İqtisadi İnkişaf Nazirliyinin Nazirliyinin Xarici iqtisadi əlaqələr şöbəsinin müdir müavini, 29.12.2009-21.04.2010-cu illərdə həmin şöbənin müdiri, 21.04-15.12.2010-cu illərdə nazirin köməkçisi, 16.12.2010-05.11.2012-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin İcraçı direktorun müavini, 05.11.2012-11.05.2018-ci illərdə İcraçı direktoru vəzifələrində çalışıb. 11.05.2018-ci il tarixdən 28.08.2019-cu il tarixədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

R.Nəcəf 3-cü dərəcəli dövlət müşaviridir.

Evlidir, 2 övladı var. (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar