Cümə, 26 Fevral 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda I yerdədir

Azərbaycan dünyanın 138 ölkəsi arasında hərbi gücünə görə 64-cü yeri tutub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə “Global Firepower” təşkilatının 2021-ci il üzrə hesabatında bildirilib.

Reytinqə əsasən, Azərbaycan Ordusu qüdrətinə görə Cənubi Qafqazda birinci yerdə qərarlaşıb. Qonşu Gürcüstan siyahıda 92, Ermənistan isə 100-cü yerdədir.

Hesabatda qeyd olunub ki, Azərbaycanda 3,7 milyondan çox hərbi xidmətə yararlı insan var. Silahlı Qüvvələrdə 425 min hərbçi qulluqçu var ki, onların da 125 mini aktiv xidmətdədir.

Azərbaycan Ordusunun arsenalında 145 təyyarə və helikopter, 1 052 tank, 1 450 zirehli maşın, 242 özüyeriyən atrilleriya, 307 ədəd yedəkli artilleriya və 245 reaktiv qurğu, dəniz flotunda isə 31 gəmi var.

Araşdırmada bildirilib ki, müharibənin aparılması üçün əsas komponent yanacağın olmasıdır. Azərbaycan gün ərzində 800 min barel neft hasil edir, 180 min barel nefti isə istehlak edir. Ölkənin təsdiqlənmiş neft ehtiyatlarının həcminin isə 7 milyard barel olduğu qeyd edilib.

Sənədə əsasən, Azərbaycanın müdafiə büdcəsi 2,26 milyard ABŞ dolları, qızıl-valyuta ehtiyatları isə 6,7 milyard ABŞ dolları təşkil edir.

Reytinqdə ilk onluqda yer alan Rusiya dünyada II ən güclü orduya sahibdir. Türkiyə isə hərbi gücünə görə 11-ci yeri tutub. Dünyanın ən güclü ordusu ABŞ, ən zəif ordusu isə Butandadır.

Qeyd edək ki, 2020-ci ilin reytinqində də Azərbaycan 64-cü mövqedə olub.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

"Ramiz Mehdiyev yazda komanda verəcək, insanlar küçəyə töküləcək" – Hafiz Hacıyev 

Xəbərdarlıq - Hava qeyri-sabit keçəcək, qar yağacaq

“İrəvanda hər şey rusların qərarından asılı olacaq” - Kreml Paşinyanı qorxutmaq istəyir

ABŞ gecə saatlarında İranın hərbi obyektlərini vurdu

Ermənistanın Prezident Aparatı: Armen Sarkisyana təzyiqlər olunur

Putinlə Paşinyan arasında telefon danışığı olub

ABŞ səfirliyindən Ermənistandakı siyasi düşərgələrə çağırış

Ən çox oxunanalar