Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan hakimiyyəti niyə Robert Köçəryanın deyil, öz jurnalistlərinin telefonlarını izləyib?

Absurd sualın sadə cavabı...

Rauf Arifoğlu, Yeni Musavat qəzetinin baş redaktoru

Məlum olduğu kimi, dünəndən vətəndaş cəmiyyəti nümayəndələrinin teıefonlarının xüsusi casus proqramı ilə izlənilməsi iddiaları gündəmdədir.

Siyahıda qəzetimizin 3 əməkdaşının da adları var. Zamin Hacı, Azer Ayxan və Rauf Arifoğlu.

Çoxsaylı suallara cavab olaraq, bu məsələyə münasibətimi bildirirəm:

****

Bu, qlobal bir məsələdir, Azərbaycan burada kiçik bir fraqmentdir.

Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Hindistan, Macarıstan, Ruanda, Azərbaycan, Meksika və Mərakeş hökumətlərinə qarşı iddialar var. Bu barədə “The New York Times” qəzeti yazıb. "Pegasus” adı ilə tanınan “NSO” təkcə müsəlman ölkələrində işləmir, həm də ABŞAvropa Birliyində də fəaldır.

İddialara görə, 2019-cu ildə “CNN”, “The New York Times” və “Al Jazeera”nin jurnalistləri də nəzarət altında olublar. Dövlət başçıları, Hindistan hökumətinin 2 naziri ...

Hətta iddia olunur ki, Azərbaycanın da 8 yüksək vəzifəli məmurunun telefonları izləmə altında olub...

Bu məqamda bildirək ki, İsrail bu texnologiyanı bir zamanlar Fələstin fəallarını izləmək, onları nəzarətdəsaxlamaq üçün yaradıb. Sonra bu vasitəyə böyük tələbat olduğu ortaya çıxıb. Bundan sonra “NSO” bütün dünyada fəaliyyətini genişləndirməyə başlayıb. Bu texnologiyanı alan dövlətlər satınalmanı onunla əsaslandırıblar ki, ərazilərində terroristlər fəaliyyət göstərir, onlara qarşı istifadə olunacaq...

...Azərbaycanın siyasi fəallarının və jurnalistlərinin yer aldığı siyahıda isə 70-dən çox şəxsin ismi var. Mən məhz bu siyahıya baxanda, Azərbaycan fraqmenti ilə bağlı iddiaların ciddiliyinə şübhə etdim. Orada ən azı siyahıdakıların yarısını dinləməyin, ya da izləməyin hansı əhəmiyyəti ola bilər ki?

Bu məsələ ilə bağlı ölkənin xüsusi xidmət orqanlarının rəhbər heyətinə aid şəxslərlə qeyri -rəsmi məsləhətləşmə aparıb, onların məsələyə münasibətini öyrənmişik.

Onlar bu iddiaları cəfəng və yalan adlandırıblar: "Hər bir xüsusi xidmət orqanı kimi, bizim də dinlədiyimiz adamlar, şübhəlilər var və bunların hamısı qanuni yollarla həyata keçirilir. Bizim dinlədiyimiz şəxslərin siyahısı ilə yayılan siyahı arasında heç bir əlaqə, o cümlədən, oxşarlıq yoxdur. Biz, xüsusi proqramla xaricdə kimləri isə dinləyə bilsəydik, əmin olun, bunlar ilk növbədə xarici düşmənlərimiz, Ermənistan ərazisindəki terroristlər, Azərbaycana qarşı cinayət törətmiş vəzifəli ermənilər olardılar. Siyahıda bir nəfər də olsun, erməni terroristinin adı yoxdursa, bu siyahının etibarlılığı barədə danışmağa gərək də qalmır".

Azərbaycan xüsusi xidmət orqanının yetkilisi birmənalı şəkildə bildirir ki, bu siyahıdakı şəxslərin telefonları dövlət qurumları tərəfindən dinlənilməyib.

Əlbəttə, biz bu qeyri-rəsmi rəyə də birmənalı inanmağın tərəfdar deyilik. Lakin ortada dəmir məntiq var: niyə Azərbaycanın izlədiyi telefonlar arasında Qarabağdakı terroristlərin, Arayik Arutunyanın, Robert Köçəryanın, yaxud, Sərkisyanın, indiki Ermənistan rəhbərliyindən heç kimin telefonları, kompüterləri yoxdur? Əgər Fransadakı müxalif jurnalisti "Pegasus"la izləmək mümkündürsə, İrəvandakı Roberti niyə izləmək mümkün olmasın?

Suallar çoxdur. Onlardan da bəzilərini bu gün mənə özəl mesajla Miranda Patrucic - Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Layihəsinin əməkdaşı (OCCRP baş redaktor müavini) verib. O yazır ki, mənim telefonum Azərbaycan hakimiyyəti tərəfindən izlənilib və bununla bağlı mənə əməkdaşlıq təklif edir. Sitat: "İnanırıq ki, bu sözügedən mobil telefon nömrəsi (mənim telefon nömrəmi qeyd edir), onun istifadəçisi tərəfindən həyata keçirdiyi bütün əməliyyatları izləmək üçün seçilib. Düşünürük ki, bu, Azərbaycan tərəfindən 2019-cu ildə həyata keçirilib. Anladığımız qədərilə bu, həmin vaxt istifadə etdiyiniz nömrə olub. OCCRP araşdırmasında müəyyən edib ki, bu nömrə izləmək üçün hədəf olaraq seçilib.

Anlayırıq ki, bundan xəbərsiz olduğunuz halda, telefonunuzun bu şəkildə hədəfə götürülməsi sizi üzə və təlaşa sala bilər. Əldə etdiyimiz məlumatlara əsaslanaraq sizi əmin edirik ki, dünyada müxtəlif hökumətlərin bu tərzdə qurbanına çevrilən günahsız şəxslərdən birisiniz.

Bu elektron məktubun məzmunu ilə bağlı hər hansı bir narahatlığınız və ya sualınız yaranarsa, yuxarıda qeyd edilən e-poçt üzərindən mənimlə əlaqə saxlaya bilərsiniz".
Sabah bu istiqamətdə həmin instansiya ilə əlaqə saxlamağa çalışacam.

Eyni zamanda, səbrlə proseslərin gedişini - bu absurd teatrı izləyəcəm.

Yəqin başqa qeydlərim də olacaq. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar