Cümə axşamı, 27 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Azərbaycan Gürcüstana qaz ixracatını 6,9% artırıb

Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 486 014 kub metr təbii qaz idxal edib. Bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib

Qonşu ölkənin Azərbaycandan idxal etdiyi təbii qazın ümumi dəyəri 83 mln. 871,9 min dollar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkəyə ixrac olunmuş qaz həcm baxımından 31 774 kub metr və ya 6,9%, məbləğ baxımından isə 3 mln. 177,8 min dollar və ya 3,9% çoxdur.

2018-ci ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan ümumi dəyəri 80 mln. 694,1 min dollar olan 454 240 kub metr qaz idxal edib.

pia.az

Etiket: Qaz

Şərh yazın.

loading...