Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-Gürcüstan sərhəddində insident - “Keşikçidağ” ətrafında nələr baş verir?

Politoloq: “Gürcüstan elə dövlətdir ki, orada mərkəzi idrələrin icazəsi olmadan kimlərsə dəfələrlə sərhədə gedib və hər dəfə sərhəddə təxribatlara əl ata bilməzlər”

Azərbaycan soyuqqanlı şəkildə Gürüstanla bağlı prosesləri izləyir və diplomatik danışıqları davam etdirir”.

Bu sözləri Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov son dövrlərdə Azərbaycan və Gürcüstan arasında strateji münasibətləri pozmağa hesablanmış təxribatların törədilməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

İyulun 14-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib. Belə ki, Azərbaycan sərhədçiləri ilə Gürcüstanın mülki şəxsləri arasında xoşagəlməz insident yaşanıb. Gürcüstan vətəndaşları sərhədi qanunsuz şəkildə pozublar, üstəlik onlardan biri sərhədçimizin silahını əlindən alıb.

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) isə Azərbaycanla sərhəddə baş verən insidentlə bağlı məlumat yayıb. XİN yerli sakinlər və azərbaycanlı sərhədçilər arasında yaşanan insidenti təəssüfedici adlandırıb. Məlumatda qeyd olunub ki, Gürcüstanın müvafiq qurumlarının təxirəsalınmaz reaksiyasından sonra insident tezliklə aradan qaldırılıb və faktla bağlı araşdırma başlayıb.

İyulun 15-də Gürcüstan öz ərazisində “Keşikçidağ” mağara-məbəd-kompleksinə girişi məhdudlaşdırıb. Turist qruplarını monastr kompleksinə aparan bələdçilər “David Qareci"nin bəzi obyektlərinə girişlə bağlı problemin olduğunu bildiriblər, “Kafkazskiy uzel” yazır. Bələdçi İrakli Marukaşvilinin sözlərinə görə, bu gün turistlər Voskreseniya məbədi və Çiçxituri qülləsinə gedə bilməyiblər.

Turan-ın məlumatına görə, bələdçilər Gürcüstan DİN-ə müraciət edərək David Qareci ətrafında danışıqlar barədə turist nümayəndələrinin məlumatlandırılmasını xahiş ediblər. Bugünkü toplantıda Bələdçilər Assosiasiyasının üzvləri və turizm şirkətlərinin əməkdaşları eskalasiyaya yol verməmək üçün monastr kompleksinə səfərləri dayandırmaq barədə razılığa gəliblər, bələdçi Rusudan Caparidze bildirib.

Son dövrlərdə Azərbaycan və Gürcüstan arasında strateji münasibətləri pozmağa hesablanmış təxribatların törədilməsi nəyə hesablanıb? Hansı qüvvəllər nələrə nail olmaq istəyirlər?

Mövzunu PİA.az-ın əməkdaşı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovla müzakirə edib.

Zaur Məmmədov: “Bu gün Gürcüstan geosiyasi münaqişəyə qədəm qoymaqdadır və bu geosiyasi münaqişə bir neçə aydan sonra daha da şiddətlənəcək”.

Gürcüstanın önəmli mövqedə durmağının bir çoxlarının xoşuna gəlmədiyini vurğulayan politoloq əlavə edib ki, buna görə də Gürcüstan-Azərbaycan arasında problem həmin qüvvələrə lazım olacaq:

“Son zamanlar Gürcüstan və Azərbaycan arasında gərginlik təbii ki, bilərəkdən yardılır. Çünki Gürcüstan elə dövlətdir ki, orada mərkəzi idarələrin icazəsi olmadan kimlərsə dəfələrlə sərhədə gedib və hər dəfə sərhəddə təxribatlara əl ata bilməzlər. Aydın məsələdir ki, Gürcüstanın hər hansı sadə millətçiləri gedib azərbaycanılardan silahı almaq istiqamətində hərəkət ediblərsə, bu əvvəlcədən planlaşdırılmış və sanksiyalaşdırılmış bir aksiya idi.

Çox təəssüflər olsun ki, bu gün gürcü xalqı çox çətin bir vəziyyətdən keçir. Bunun səbəbkarlarının kim olması məlumdur. Bunlar ilk növbədə Gürcüstanın daxilindəki səbəbkarlardır. Bu gün Gürcüstan geosiyasi münaqişəyə qədəm qoymaqdadır və bu geosiyasi münaqişə bir neçə aydan sonra daha da şiddətlənəcək.

Son aylarda Tbilisdə bu və ya digər cəbhədə olanlarının şahidi oluruq. Məsələ burasındadır ki, Gürcüstandan gələn il “Anakliya və Vaziani” kimi hərbi və iqtisadi baxımdan Qərb və ABŞ üçün çox strateji olan layihələrin reallaşması nəzərdə tutulurdu. Bu layihələrin reallaşması Rusianın milli maraqlarına böyük təhlükə idi. Buna görə də RusiyaABŞ qarşıdurması Qara dəniz və Cənubi Qafqaza istiqamət almaqdadı.

Zaur Məmmədov: “Gürcüstan geosiyasi qlobal oyunçuların hədəfindədir və bir obyekt kimi istifdə ediləcək”.

ABŞ-ın Krım layihəsi iflasa uğrayandan sonra artıq Qara dənizin şimalında deyil, Qara dənizin cənub-şərqində və şərqində Gürcüstan vasitəsi ilə ABŞ öz gəmilərini Qara dənizə və oradan da Rusiyaya tuşlamaq istəyir. Yəni göründüyü kimi Gürcüstan geosiyasi qlobal oyunçuların hədəfindədir. Gürcüstandan bir obyekt kimi istifdə ediləcək. Necə ki, bundn əvvəl Ukraynadan istifadə edilmişdi.

Cənubi Qafqazda bir çox meqa-layihələr imzalanmışdı və bu meqa-layihələrin reallaşmasında Gürcüstanın da rolu böyük idi. Bu layihələr Bakı-Tblisi-Qars, Çindən Avropaya gedəcək ticarət yolu, Bakı limanıdır vəs. Gürcüstanın önəmli mövqedə durmağı bir çoxlarının xoşuna gəlmir. Buna görə də Gürcüstan-Azərbaycan arasında problem həmin qüvvələrə lazım olacaq.

Mən Azərbaycan tərəfinin davranılarını yüksək qiymələndirirəm. Azərbaycan soyuqqanlı şəkildə Gürüstanla bağlı prosesləri izləyir və diplomatik danışıqları davam etdirir. Biz çox yaxşı bilirik ki, Gürcütanla olan dostluq münasibətlərinə xələl gətirmək olmaz. eyni zamanda Azərbaycanla Avropa arasında olan mühüm layihələrin reallaşmasında Gürcüstan tranzitinin də rolunun böyük olduğunu unutmaq olmaz”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar