Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-Gürcüstan iqtisadi və biznes forumu keçiriləcək

“Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşıdır və birgə həyata keçirilən layihələrlə ölkələr arasındakı əlaqələr daha da dərinləşir.”...

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib.

Səfir bildirib ki, yaxın vaxtlarda keçirilməsi planlaşdırılan iqtisadi və biznes forum ölkələr arasında əlaqələrin daha da dərinləşdirilməsinə töhfə verəcək: “Azərbaycan Gürcüstan üçün həm siyasi, həm də iqtisadi sahədə əsas tərəfdaş ölkədir. Ölkələr arasında iqtisadi əlaqələr birgə həyata keçirilən layihələrlə daha da dərinləşdirilir. Bildiyimiz kimi, 2019-cu ildə Azərbaycan və Gürcüstan rəsmiləri arasında bir sıra ali səviyyəli görüşlər baş tutub. Bunlar arasında Gürcüstan Baş naziri ilə, ölkə prezidentinin səfərləri, eləcə də nazirlər səviyyəsində keçirilən bir sıra görüşlər var. Təbii ki, 2020-ci ildə də görüşlər planlaşdırılır. Qeyd etmək istəyirəm ki, yaxın vaxtlarda Gürcüstan və Azərbaycan arasında iqtisadi və biznes forumu keçiriləcək".

Diplomat qeyd edib ki, turizm sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi ilə 2020-ci ildə Azərbaycan və Gürcüstanı əhatə edən vahid turpaketlər hazırlanıb turistlərə təqdim ediləcək: “Bilirsiniz ki, Azərbaycan Gürcüstana ən çox turist göndərən ölkədir. 2019-cu ilin ilk 9 ayı ərzində Gürcüstana Azərbaycandan 1 milyondan çox qonaq gəlib. 2020-ci ildə tərəflər üçüncü ölkələrdən olan turistlər üçün vahid turizm paketlərinin hazırlanmasını planlaşdırılır. Bu paketlərlə turistlər hər iki ölkənin ərazisində yerləşən istirahət zonalarını asanlıqla gəzə biləcək. Bundan başqa Azərbaycan tərəfi ilə Bakı-Tbilisi-Batum istiqamətində həyata keçirilən uçuşlarla bağlı danışıqlar aparılır”.

pia.az


Etiket: Gürcüstan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar