Azərbaycan-Gürcüstan birgə ali məktəbi Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşəcək...
Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu təhsil müəssisəsində istənilən xarici ölkənin vətəndaşı təhsil ala biləcək: "Yəni, burada kimlərinsə təhsil almasına məhdudiyyətlər qoyulmayacaq. Amma əsasən, Gürcüstanda Azərbaycan icmasından olan tələbələr təhsil alacaq".
pia.az