Çərşənbə, 28 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Azərbaycan gündəlik neft hasilatını daha 7 min barel azaldacaq

Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub...

Energetika Nazirliyindən verilən məlumata görə, bununla da OPEC+ üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 milyon barelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi OPEC+ ölkələri arasında proporsional qaydada aparılıb.

Dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni razılaşmaya qoşulub. Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min bareldən əlavə 7 min barel də azaldacaq. Beləliklə, öhdəliyi 27 min barelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barel həcmində saxlamalıdır.

Energetika naziri Pərviz Şahbazov iclasda çıxışı zamanı bildirib ki, OPEC+ qərararı indiyə kimi bazarın balanlaşdırılmasına öz töhfəsini verib: "Qlobal iqtisadiyyat, neft bazarının inkişafına dair proqnozlar, eləcə də bir sıra geosiyasi faktorlarlar da göstərir ki, 2020-ci il üçün də tənzimləmə tədbirləri zərurudir. Bazarda balansın və dayanıqlı sabitliyin təmin edilməsi əməkdaşlığımızın başlıca hədəfidir. Azərbaycan OPEC+ formatı çərçivəsində indiyə kimi bütün təşəbbüsləri dəstəkləmiş ölkə olaraq bu əməkdaşlıqda iştirakda maraqlıdır. Hesab edirik ki, OPEC+ ölkələri olaraq biz gələn il də həmrəylik və öhdəliklərimizə sadiqliyimizi davam etdirməliyik”.

Nazir həmçinin Azərbaycanın indiyə kimi gündəlik neft hasilatını 20 min barel azaltmaqla bağlı öhdəliyini artıqlaması ilə yerinə yetirdiyini qeyd edib.

pia.az


Etiket: OPEC+


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İrəvanı indiki duruma salan 21 illik sirr: Quluzadə açıqlamışdı…

Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub yazdılar

Diqqət!“WhatsApp” üzərindən “fişinq” kampaniyaları həyata keçirilir - Foto

Rusiya Azərbaycana və Türkiyəyə həqiqətən yaxın ola bilərmi?..

“Xankəndi itirilən kimi Paşinyan devriləcək” - Rusiyalı ekspert

Ermənistan rəhbərliyi Xankəndi və Şuşa sakinlərini şəhərləri tərk etməyə çağırıb

Hadrutda qalmış erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular” - Video

Aprel döyüşlərində düşməni 8 km geri çəkilməyə məcbur edən silah

“Putin Ermənistanın xilası naminə əlini ağdan qaraya vurmayacaq” - “Komsomolskaya Pravda”

Ermənistanda müharibə partiyası hakimiyyətə can atır: Paşinyan təklənir

loading...

Ən çox oxunanalar