Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan gömrüyünün ötən il aşkar etdiyi valyuta və valyuta sərvətləri açıqlanıb

"2021-ci ildə "Valyuta tənzimi haqqında" qanuna, digər qanunvericilik aktlarına əsasən gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycanın gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 137 910 ABŞ dolları, 3 348 000 rus rublu, 41 550 avro, 6 820 gürcü larisi, 50 300 saxta ABŞ dolları, 2 milyon 713 min 831 manatlıq 7 328 ədəd qızıl zinət əşyaları və külçələr, 23 378 manatlıq 428 ədəd gümüşdən hazırlanmış məişət və zinət əşyaları, 1 335 135 manatlıq 11 692 karat qiymətli daşlar və s. aşkar olunub".

PİA.az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini Güloğlan Muradlı bildirib.

O, bu barədə Lənkəran şəhərində DGK və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Gömrük sistemində islahatlar: Nəticələr, perspektivlər”mövzusunda keçirdiyi təlimin II günündə danışıb.

"Heç bir təhlükəsizlik tələblərinə cavab verməyən 965 465 manat dəyərində 274 min ədəd pirotexniki məmulatların qanunsuz ölkəyə gətirilməsinin qarşısı alınıb", - deyə gömrük rəsmisi bildirib.

Onun sözlərinə görə, ötən il 965 465 manatlıq 1 504 ədəd mobil telefon, 6 464 ədəd mobil telefon aksesuarları, 263 257 manatlıq məişət texnikası götürülüb: “Son illər dərman vasitələrinin qanunsuz yollarla ölkəyə gətirilməsi cəhdləri intensivləşib. Gömrük orqanları 101 hüquqpozma faktı üzrə 749 435 manat dəyərində dərman vasitələrinin, 255 582 manat dəyərində qida əlavələrinin, 40472 manat dəyərində tibb ləvazimatlarının qanunsuz idxalının qarşısını alıb. 2019-Ötən il ümumilikdə 247 hüquqpozma faktı (84-ü cinayət xarakterli fakt, 163-ü isə inzibati xəta faktları) üzrə 1 milyon 813 min qutu, 113 min həb, 41 min konvolyut, 5 348 flakon, eləcə də istifadəyə yararsız 100 həb dərman vasitəsi aşkar edilərək götürülüb.

Bundan başqa, 2021-ci ildə heyvan və bitkilər aləminin qorunması sahəsində də profilaktik tədbirlər gücləndirilib. Belə ki, gömrük orqanları tərəfindən 33 min 315 ədəd tibb zəlisinin ölkədən aparılmasının qarşısı alınıb".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar