Azərbaycan idmanına ağır itki üz verib...
Azərbaycan Futzal Federasiyasının (AFF) sabiq prezidenti və İcraiyyə Komitəsinin üzvü Ağarza Rzayev 66 yaşında vəfat edib.
Onun ürək tutmasından öldüyü bildirilir.
Qeyd edək ki, A. Rzayev 1999-2008-ci illərdə AFF-nin prezidenti olub, 2018-ci ildən isə qurumun İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərirdi.
Allah rəhmət eləsin!
pia.az