Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan fürsətdən tez bir zamanda istifadə etməlidir - Zaman daralır...

Bu günədək aparılan danışıqlardan heç bir nəticə əldə olunmayıb, olunmayacaq da. Bu mübarizə Ermənistan işğal etdiyi ərazilərdən çıxana qədər davam etdirilməlidir...

Armağan Kuloğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 2 oktyabr 2020-ci il

Uzun müddətdir davam edən və zaman-zaman isti münaqişəyə çevrilən Azərbaycan sərhədindəki gərginlik bu dəfə bir xeyli artıb və açıq müharibəyə çevrilib. Münaqişə yenidən Ermənistanın Azərbaycan mövqelərinə və kəndlərinə hücumu ilə başlayıb və bununla da, Azərbaycan hərbi, mülki itkilər verib. Lakin Azərbaycanın bu dəfəki cavabı qeyri-adi, çox sərt və qətiyyətli oldu. Münaqişələr davam edir və üstünlük Azərbaycanın əlindədir.

Vəziyyət əvvəlki kimi deyil

Azərbaycan Soyuq Müharibənin bitməsindən sonra qarışıq bir dövr yaşamış, həmçinin siyasi, iqtisadi və hərbi baxımdan problemli bir vəziyyətə düşmüşdü. Bu vəziyyətdən istifadə edən Ermənistan isə Rusiya və Qərbin dəstəyilə Azərbaycan ərazilərinin önəmli bir hissəsini işğal etdi.

İşğal altında olan bu torpaqlar üçün son vaxtlara qədər bir çox görüşlər və danışıqlar aparılmış olsa da, heç bir nəticə əldə olunmayıb və Azərbaycan həmişə aldığı yaraların ağrısını çəkməyə davam edib.

Aradan keçən illər ərzində Ermənistan heç bir şey əldə etməməklə yanaşı, həm də təkcə Rusiyanın qoruması ilə iqtisadi və hərbi baxımdan həyatda qalmağa çalışan, Diasporanın və Qərbin dəstəyilə Türkiyəyə qarşı olan düşmənçilikdən istifadə edən bir ölkəyə çevrildi.

Lakin Azərbaycan bu müddət ərzində neftdən və təbii qazdan yaxşı istifadə edərək iqtisadiyyatını qaydaya salıb və Türkiyənin də dəstəyi ilə silahlı qüvvələrini gücləndirib. Beləliklə, iqtisadi və hərbi baxımdan Ermənistandan üstün vəziyyətə gəlib. Artıq durum əvvəlki kimi deyil.

Qafqazın yeni əlaltısı

Ermənistan bu günədək ölkələrin siyasətlərinə təsir göstərən Diasporanın və Qərbin dəstəyilə təcavüzkar və uzlaşmayan bir mövqe nümayiş etdirirdi. Terrordan belə türklərə və Türkiyəyə qarşı istifadə etməkdən çəkinmirdi. Keçmişdə ASALA-dan istifadə edən Ermənistan, indi də bölgədə PKK-dan istifadə edir. Qərbin ərköyün uşağı Yunanıstan/Rum cütlüyü nədirsə, Ermənistan da Qafqazda həmin roldadır.

Ermənistan bölgədəki sabitliyi pozaraq enerji dəhlizini təhlükəyə atmaq və işğal etdiyi ərazilərdə möhkəmlənmək istəyir. Elə buna görə də, Rusiya və Qərb ölkələri tərəfindən əlaltı kimi istifadə olunur. Ermənistan düşünür ki, Türkiyə Liviyadan başlayaraq İraqa qədər uzanan geniş bir cəbhədə mübarizə apardığı üçün Azərbaycana lazımi dəstəyi verə bilməyəcək. Lakin səhv düşünür.

Fürsətdən tez bir zamanda istifadə etmək lazımdır

Ermənistanın başlatdığı hücuma cavab olaraq Azərbaycan Ordusu gələn hücumu dəf edib və illərdir işğal altında olan bəzi kəndləri və kritik nöqtələri ələ keçirib. Azərbaycan xalqı da vəziyyəti böyük həyəcanla izləyir və dəstəkləyir. Xalq illərlə çəkdiyi əziyyətlərdən qurtulmaq vaxtının çatdığını bilir və buna görə, könüllü olaraq orduya getmək istəyən insanlar sıraya düzülüblər.

Azərbaycan ordusu üstünlüyü ələ keçirib. Digər tərəfdən, erməni ordusu isə cəbhədən qaçanların vurulması ilə bağlı əmri verəcək qədər çaxnaşmaya düşüb.

Azərbaycan tələsməli, bu üstünlükdən öz xeyrinə istifadə etməli və itirdiyi torpaqları qısa zamanda geri qaytarmalıdır. Çünki vəziyyətdən xəbərdar olan Fransa başda olmaqla, AB, BMT, ABŞRusiya tərəfləri ən zamanda atəşkəs tətbiq etməyə dəvət edir və danışıqlar prosesinin başlamasını təşviq edir.

Məlumdur ki, bu günə qədər aparılan danışıqlardan heç bir nəticə əldə olunmayıb, olunmayacaq da. Bu mübarizə Ermənistan işğal etdiyi ərazilərdən çıxana qədər davam etdirilməlidir.

Türkiyə Azərbaycanın yanındadır

Türkiyə həmişə olduğu kimi, indi də və gələcəkdə də “bir millət, iki dövlət” prinsipinə uyğun şəkildə Azərbaycanın yanında olacaq. İki ölkə arasında siyasi, iqtisadi və hərbi sahələrdə razılaşmalar var. Strateji əməkdaşlıq da ən yüksək səviyyədədir.

Türkiyə Azərbaycana sərhədsiz və geniş dəstək verir. Hərbi sahədə maddi, avadanlıq və texniki baxımdan dəstək verməyə davam edir. Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan üzərində mütləq üstünlüyü olduğu üçün hələ də əlavə dəstəyə ehtiyac olmadığını düşünürlər.

Türkiyənin dəstəyi isə hələlik digər güclərin hər hansı bir müdaxilə etməsinin qarşısını almaq olmalıdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar